Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (30-10-2018, 13:30)
BSU-nun professor-müəllim heyəti təltif olunub

BSU-nun professor-müəllim heyəti təltif olunub

 

30 oktyabr 2018-ci il tarixdə Bakı Slavyan Universitetində (BSU) Elmi Şuranın iclası keçirilib. İclasda “Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət strategiası”na uyğun fənn kurikulumlarının tərtibi və tədris standartlarının tətbiqi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə keçirilən tədbirlər və bu istiqamətdə universitetdə görülən işlər, SABAH qruplarının fəaliyyəti və yeni tədris ili üçün qrupların formalaşdrılması, professor-müəllim heyəti üçün əlavə təhsil tədbirlərinin təşkili, pedaqoji ixtisaslar üzrə müəllimlərin işə qəbulu imtahanlarında məzunların iştirakı, nəticələr, IV kurs tələbələri ilə müvafiq tədbirlərin təşkili, istehsalat və pedaqoji təcrübənin keçirilməsi məqsədilə orta ümumtəhsil məktəbləri, baza müəssisələri ilə əlaqələrin qurulması və digər məsələlər müzakirə olunub.

BSU-nun rektoru, professor Nurlana Əliyeva müzakirələrdən öncə universitetin bir qrup professor-müəllim heyətini elmi-pedaqoji fəaliyyətlərindəki uğurlara görə təşəkkürnamə ilə tətif edib. Rektor Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun “Tərəqqi” medalı ilə təltif olunmasını universitetə verilən dəyər kimi qiymətləndirib. Sonra rektor Beynəlxalq Müəllimlər Günü münasibətilə Pedaqogika və psixologiya kafedrasının dosenti Zemfira Mehrəliyevanı, BSU nəzdində Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyatı müəllimi İradə Nəbiyevanı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı” aldıqlarına görə təbrik edib. Qeyd edək ki, universitetin əməkdaşları, Pedaqogika və psixologiya kafedrasının dosenti Nazim Mirzəyev, Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrasının baş müəllimi Svetlana Balametova, İngilis filologiyası kafedrasının baş müəllimi Janna Əliyeva, İdman klubunun baş müəllimi Səftər Məlikov, Tibbi biliklər və mülki müdafiənin əsasları kafedrasının baş müəllimi Miboyat Nəzərov müəllimlər günü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunublar. Bundan

əlavə, Nurlana Əliyeva Doktorantura və dissertantura şöbəsinin elmi işçisi Solmaz İsmayılzadəni 70, Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhmədi 60, Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi İlyusa Səlimzanovanı 65, Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi, dosent Fərman İsayevi 65 illik yubileyləri münasibətilə təbrik edib, onlara uzun ömür, can sağlığı arzulayıb. BSU-nun Həmkərlar Təşkilatı tərəfindən yubliyarlara gül dəstələri və hədiyyələr təqdim olunub.

Elmi Şuranın davamında Nurlana Əliyeva BSU-nun beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı İlyas Hüseynovu Rusiyanın Qaraçay-Çərkəz Respublikasının Arxız qəsəbəsində PRO natiqlik “Multikultural mühitdə ictimai çıxışların, danışıqların, debatların aparılması sənəti” adlı beynəlxalq elm-təhsil forumunda “Ən yaxşı natiq”nominasiyası üzrə I yer tutması münasibətilə təbrik edib. Rektor gənc natiqin fəaliyyətini yüksək qiymətləndirərək ona gələcək işlərində uğurlar arzulayıb.

Sonra çıxış edən tədris işləri üzrə prorektor, professor Telman Cəfərov “Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun fənn kurikumlarının tətbiqi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə keçirilən tədbirlər və bu istiqamətdə görüllən işlər barədə məlumat verib. Təlim–tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Elmi Şurada universitetdə aparılan təlim-tərbiyə işləri və həyata keçirilən mədəni-kütləvi tədbirlər barədə hesabat məruzəsi ilə çıxış edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024