Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (2-10-2018, 14:17)
ADAU bu gün ölkədə aqronom problemini həll etməyə qadirdir

ADAU bu gün ölkədə aqronom problemini həll etməyə qadirdir

 

Aqrar sahənin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına, fəallığın yüksəlməsinə səbəb olub.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda əhalisinin təqribən yarısı bölgələrdə yaşayan Azərbaycanda aqrar sahənin daha da inkişaf etdirilməsi, daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, son illər kənd təsərrüfatı ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilib. Taxılçılıq, üzümçülük, pambıqçılıq, baramaçılıq, tütünçülük, meyvəçilik və başqa sahələrdə nəticələr var və bunlar olduqca qürurvericidir.

Görülən işlərə baxmayaraq, müxtəlif tədbirlər həyata keçirilsə belə mövcud olan problem hələ aradan qalxmayıb. Problem əsasən bu sahədə mütəxəssis çatışmazlığıdır. Təbii ki, bu problemin həlli yolları ölkədə yeganə aqrar təhsil müəssisəsi olan Dövlət Aqrar Universitetindən keçir. Demək yerinə düşər ki, aqrar sahədə kadr probleminin aradan qaldırılması üçün dövlət proqramları var və bu sahədə çox uğurlu işlərə imza atılıb. Aqrar Universitetin maddi-texniki bazası olduqca gücləndirilib, keyfiyyətli təhsil üçün hər şərait yaradılıb. Tələbələrin sosial problemləri, ən əsası da yaşayış şəraiti ən müasir səviyyədə həllini tapıb. Prezident İlham Əliyevin ayırdığı vəsait hesabına iki ən müasir tələbə evi istifadəyə verilib.

Bəs Universitetdə aqronom hazırlığı nə vəziyyətdədir və hansı zaman müddətinə problem həllini tapa bilər? Və ya gənc nəslin aqronomluq ixtisasına marağının səviyyəsi necədir?

Bu bir həqiqətdir ki, Universitetə hazırlaşan hansı gəncə yaxınlaşsan, ya kompyuter mühəndisliyi, ya biznes, marketinqi üzrə oxumaq, hüquqşünas, həkim olmaq istəyir. Amma son illərə kimi könüllü şəkildə aqronom olmaq istəyən çox az idi. Bu da kənd təsərrüfatının inkişafına təsir göstərən aqronom çatışmazlığını həll etməkdə çətinlik yaradırdı. Təbii ki, gənc nəsil zamanında bu sahəni seçsəydi, yeni fikir və ideyalarla aqrar təhsili və aqrar sahəni yetərincə irəliyə aparmaq olardı. Çünki hər bir sahədə olduğu kimi, kənd təsərrüfatında da yeni nəfəsə, işini sevərək görən gənc kadrlara ehtiyac böyükdür. Qeyri-neft sektoruna gənclərdə maraq yaratmaq, onları bu kimi sahələrə cəlb etmək indi zamanın tələbinə çevrilib.

ADAU-nun Aqronomluq fakültəsinin dekanı, dosent Məhərrəm İsmayılov deyib ki, cənab Prezident İlham Əliyevin, Kənd Təsərrüfatı naziri İnam Kərimovun xüsusi diqqəti və qayğısı, eləcə də stimullaşdırıcı tədbirlərin tətbiqi, texniki bazanın gücləndirilməsi, müasir şəraitin yaradılması nəticəsində indi gənclər aqronomluq ixtisasına çox maraqlıdır və bu qəbulda da özünü göstərib. Artıq 1-kursda tələbələrin sayı 338, 2-ci kursada 238, 3-cü kursda 202, 4-cü kursda 132 nəfərdir. Fakültə üzrə hazırda 910 tələbə təhsil alır ki, bu da yaxın illərdə aqronom çatışmazlığı problemini tam həll edəcək.

Tədrisin keyfiyyət məsələsinə gəlincə dekan Məhərrəm İsmayılov bildirib ki, bu gün həm müəllim potensialımız, həm tədris-təcrübə sahələrimiz, həm də laboratoriya və bitki klinikamız imkan verir ki, biz bazar rəqabətli kadrlar hazırlaya bilək. Dövlətin qayğısı, Kənd Təsərrüfatı nazirliyinin dəstəyi eləcə də rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun prinsipiallığı ötən illərlə müqayisədə bizi çox qabağa aparıb.

Bu gün ADAU-nun Aqronomluq fakültəsində Biologiya, Bitkiçilik və bitki mühafizəsi, Bağçılıq, Ekologiya və meşəçilik, Torpaqşünaslıq və aqrokimya, Ümumi əkinçilik, genetika və seleksiya kimi 6 kafedra fəaliyyət göstərir. Bunlarla yanaşı Biologiya kafedrasında Akademik Cəlal Əliyev adına yeni yaradılan fiziologiya, Akademik Validə Tutayuk adına auditoriya, Bitkiçilik və bitki mühafizəsi kafedrasında Bitki klinikası, Pambıqçılıq və pambıq texnologiyası laboratoriyası, İpəkçilik tədris mərkəzi, fakültənin həyətyanı sahəsində tut ipəkqurdunun yemləndirilməsi üçün Çin Respublikasından gətirilən çəkil ağacları, Bağçılıq kafedrasında 5 istixana, Professor Famil Şərifov adına auditoriya, kafedrayanı sahədə meyvə bağı və üzüm sahəsi, Ekologiya və meşəçilik kafedrasında, Ekologiya laboratoriyası, Meşəçilik laboratoriyası, Mehdi Mustafayev adına auditoriya, Akademik Həsən Əliyev adına Ekologiya auditoriyası, fakültənin həyətyani sahəsində dekorativ ağac və kol bitkilərinin əkin materiallarının yetişdirilməsi üzrə ixtisaslaşmış tinklig sahəsi, Torpaqşünaslıq və aqrokimya kafedrasında 3 otaqdan ibarət Torpaqşünaslıq və aqrokimya laboratoriyası (Respublikada mövcud olan 11 laboratoriyadan biri), nümunələrinin analizə hazırlanması, makro və mikro elementlərin təyini, bitkidə pestisid qalıqlarının təhlili otağı və tədris laboratoriyaları, Məmmədtağı Cəfərov adına auditoriya, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasında Toxumçuluq, 2 otaqdan ibarət əkinçilik, taxıl və paxlalı bitkilər sahəvi laboratoriyası (sahədə dərs demək üçün proyektor və kompyuterlə təmin olunan auditoriya ), Faiq Məmmədov adına auditoriya mövcuddur ki, bu da tədrisin keyfiyyətinə, nəzəriyyə ilə təcrübənin uzlaşmasına, tələbələrin elmi tədqiqat işləri aparmasına yaradılan ən yüksək şərait deməkdir. Torpaqşünaslıq və aqrokimya laboratoriyası ətraf rayonların fermerlərinin qarşılaşdığı problemlərin həllini, dəqiq torpaq analizlərinin aparılmasını da təmin edir.

Sadaladığım bu auditoriya və laboratoriyalar həm də kifayət qədər texniki imkanlara malikdir və ağıllı lövhələr, kompyuterlər, proyektor və printerlərlə, mikroskoplarla təmin edilib. Yaradılan imkan və şərait təbii ki, tələbələrin kadr kimi formalaşmasında böyük önəm daşıyıb. Beləliklə, ADAU səviyyəli təhsil müəssisəsi kimi özünü təsdiq edib. Dövrün tələbinə uyğun olaraq, yeni texnika və texnologiyaların tətbiqi bu sahəyə sözün həqiqi mənasında müsbət təsir göstərib. Ümumiyyətlə, təhsil müəssisəsində yeni texnika və texnologiyaların tətbiqi, investisiyaların yatırılması kənd təsərrüfatının inkişafına müsbət təsir göstərməklə kadr çatışmazlığını da aradan qaldırar.

Önəmli olan bir məsələni də qeyd etmək yerinə düşər. Bu gün Aqronomluq fakültəsinin bütün ixtisasları dövlət sifarişlidir. Burda oxuyan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilir və hər ay onlara təqaüd verilir. Bununla yanaşı aqronomluq ixtisasında tədris 3 dildə aparılr. Azərbaycan, ingilis və rus dillərində. Xarici dillərdə aparılan tədris proqramını da tələbələr çox asanlıqla mənimsəyir, əldə etdikləri bilikləri imtahanlarda uğurla sınaqdan çıxarırlar. İngilis dilində tədris tələbəyə imkan verir ki, o,

təhsilini Avropa ölkələrində davam etdirə bilsin və ən müasir tələblərə cavab verən kadr kimi tanınsın. Bu cür tədris həm də prezident İlham Əliyevin dediyi kimi Universitetin beynəlxalq səviyyədə tanınmasına təkan verir.

Beləcə, hesab etmək olmaz ki, aqronomluq peşəsinə maraq yoxdur. Son illər kənd təsərrüfatına diqqətin artırılması bu ixtisasa olan marağa çox güclü təsir edib. Bu sahə artıq universitetdə prioritet sahəyə çevrilib, gənclərdə həvəs yaratmaq üçün ciddi təbliğat işi aparılıb, rayonlarda orta məktəblərin yuxarı sinif şagirdləri ilə mütamadi görüşlər keçirilib, təhsil müəssisəsi tanıdılıb, peşənin incəlikləri aşılanıb, iş probleminin olmadığı və yüksək əmək haqqının mövcudluğu diqqətə çatdırılıb.

Unutmaq olmaz ki, qeyri-neft sektoru kimi kənd təsərrüfatı çox lazımlı sahədir. Həmin sahə üzrə ADAU demək olar üzərinə düşən məsələlri həll edir və daha böyük hədəflərə doğru qətiyyətlə, inamla irəliləyir. Ən əsası isə qəbul imtahanlarından sonra ixtisas seçimi edən abituriyentlər bunları nəzərə almalıdır.

 

Qalib RƏHİMLİ,

ADAU-nun mətbuat

Xidmətinin rəhbər

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024