Təhsil (25-09-2018, 15:17)
Pakistanlı alimlər ADAU-da olub
Pakistanın Kənd Təsərrüfatı və Biologiya üzrə Nüvə institutunun alimləri, doktor Xalid Mahmud və Sayyad Halder Azərbaycan Dövlət Aqrar Universitetində olub, təhsil müəssisəsinin Aqronomluq fakültəsində professor-müəllim, tələbə heyəti ilə görüşüb. Qonaqlar Pakistanda pambıq istehsalının inkişaf tarixi və məhsuldarlığın artmasına səbəb olan texnologiyalar, nüvə enerjisinin (radiasiyanın) kənd təsərrüfatında tətbiqi nəticəsində tarla bitkilərinin yeni sortlarının alınması istiqamətində təcrübələri haqqında məlumat veriblər.
Kənd Təsərrüfatı Nazirliyinin dəvəti əsasında baş tutan görüşdə əməkdaşlıq əlaqələri müzakirə edilib, pambıqçılıqda məhsuldarlığın artırılmasına təsir edən problemlər araşdırılıb. Bununla yanaşı birgə tədqiqat işlərini aparılması istiqamətində də fikirlər bildirilib və bu tədqiqatların yüksək səmərə verəcəyi vurğulanıb.