Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (28-02-2018, 14:45)
“AQROKİMYA”: ADAU-NUN ALİMLƏRİ YENİ KİTAB YAZIB

“AQROKİMYA”: ADAU-NUN ALİMLƏRİ YENİ KİTAB YAZIB

 

Azərbaycan Dövlət Aqrar Universitetinin Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüsynovun, həmin kafedranın dosentləri Namiq Hüseynovun və Kəmalə Məmmədovanın birlikdə yazıb ərsəyə gətirdiyi “Aqrokimya” dərsliyi çapdan çıxıb. Ali məktəblər üçün dərslik kimi Təhsil Nazirliyinin F-50 saylı əmri ilə təsdiq edilən kitab bir sıra yeniliyi və səciyyəvi xüsusiyyəti ilə diqqəti cəlb edir. Kitab həm də ADAU-nun 90 illiyinə həsr edilib. İlk olaraq onu deyim ki, dərslik olduqca sadə və anlaşılan dildə yazılıb və aqrokimyanın hədəfləri bütün incəliklərinə qədər açılıb. Sadə dillə yazılan kitab isə tələbələr, eləcə də bu sahə ilə məşğul olanlar tərəfindən tam mənasında qavranılandır.

Məlumdur ki, bu gün dövlət tərəfindən aqrar sahənin inkişafına xüsusi qayğı göstərilir və dinamik inkişafı təmin etmək üçün ölkə prezidenti tərəfindən hər cür şərait yaradılıb. Belə olan halda ADAU-nun alimləri də tədrisin daha keyfiyyətli olması üçün elmi bacarıqlarını ortaya qoyub, ən mühüm sahə üçün dərslik yazıb və çap etdiriblər. Kitabın müəlliflərindən biri, kafedra müdiri, dosent Arif Hüseynovla söhbətimiz olduqca maraqlı alındı. Alim necə düşünürsə eləcə də danışır. Onun torpaq, qidalar, gübrələr və ondan istifadə qaydaları haqqında dediklər olduca inandırıcı səsləndi. Əslində bitkiçilikdə uğur torpağın tərkibinin öyrənilməsindən başlayır. Əgər iş bu istqamət üzrə aparılarsa onda torpaqdan istənilən nəticəni almaq olar. Yəni, torpağın tərkibi əkinçiyə deyir ki, sən bu il nəzərdə tutduğun sahədə nə əkməlisən, onun yetişdirilməsi üçün hansı üsulları tətbiq etməlisən və gübrələrdən istifadə qaydalarını necə həyata keçirməlisən. Bütün bunlar və digər vacib məsələlər kitabda tam aydınlığı ilə verilib. Dosent Hacı Ariflə onun iş otağında görüşdüm. Söhbətdə gənc müəllim, dosent əvəzi Vüqar Bəşirov da iştirak edirdi və bu gənc oğlanın, xaricdə təhsilini artırıb yenidən doğma kollektivinə gələn mütəxəssisin də kitabla bağlı maraqlı fikirləri oldu ki, onu az sonra diqqətə çatdıracam. İndi isə Hacı Ariflə qısa söhbətimi təqdim edirəm.

-Hacı, necə oldu bu kitabı yazmaq qərarına gəldiniz və kitab bütövlükdə aqrokimyanı əhatə edirmi?

-Əvvəlcə onu deyim ki, hazırda respublikamızda ekoloji mühitin pozulması, kənd təsərrüfatına yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxması, aqrokimyəvi vasitələrdən düzgün istifadə olunmamasının tələbi “Aqrokimya” dərsliyinin yazılmasının vacibliyini ortaya qydu. Dərslik torpaqşünaslıq və aqrokimya, aqronomluq, ekologiya, biologiya və başqa ixtisaslar tədris olunan ali məktəb tələbələri, magistrantları, doktorantlar, həçinin kənd təsərrüfatı ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulub. Dərsliyin aqrokimyanı tam əhatə etməsinə gəldikdə isə onu deyə bilərəm ki, burada aqrokimya elminin aqroekosistemdə maddələr dövranının nizamlanmasını genişləndirərək, Yer kürəsində insanları yüksək keyfiyyətli qida ilə təmin etmək kimi çox mühüm funksiyaları açıqlanır. Geniş şəkildə kimyəvi meliorantların və gübrələrin düzgün istehsalı və tətbiqindən, torpaqda olan zəhərli maddələrin, radionuklidlərin immobilizasiyasından və biosferin çirklənməsinin qarşısının alınma yollarında bəhs edilir. Həmçinin kitabda bitkilərin qidalanmasının nizamlanmasına,

məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsində aqrokimya elminin roluna xüsusi diqqət verilib. Torpaqda mübitliyin bərpası, qida balansının və maddələrin bioloji dövranının yaxşılaşdırılması kifayət qədər əhatə olunub. Bütün bu məsələlərə respublikamızın torpaq-iqlim şəraiti nəzərə alınmaqla baxılıb və kitab aqrokimyanı tam əhatə edir.

-Arif müəllim, indiyə kimi aqrokimyaya aid dərslik olubmu? Olubsa siz alimlərin yazdığı bu kitab hansı yeniliklərlə daha qiymətlidir?

-Xüsusi qeyd etmək istəyirəm ki, 1966-cı ildə “Maarif” nəşriyyatı tərəfindən V. M. Keleçkovski və A. V. Peterburqskinin “Aqrokimya” dərsliyinin tərcüməsi istisna olmaqla, ölkəmizdə aqrokimyanın problemlərini özündə tam əks etdirən dərslik indiyə kimi yazılmayıb və nəşr olunmayıb. Bu əslində milli bir kitabdır və bu kitabda torpağın mübitliyindən tutmuş aqrokimyəvi vasitələrdən səmərəli istfadənin qiymətləndirilməsinə qədər olan bütün problemlər müasir aqrokimyanın əsas məzmunu kimi götürülüb.

-Kitabı vərəqlədikcə maraqlı bir tərtibat diqqətimi çəkdi. 11 fəslin hər birindən əvvəl məşhurlardan sitat gətirilib. Hətta Azərbaycan klassik ədəbiyyatının dahilərindən biri Mirzə Ələkbər Sabirin misralarından nümunələr var. Bu barədə fikriniz maraqlı olardı...

-Doğru müşahidə etmisən. Bəli, hər fəslin əvvəlində dahilərdən sitat var. Bu nə deməkdir? Gətirilən sitatla yazılan fəslin bir oxşarlığı var. Yəni, sitat yazılan fəslin sanki qısa bir təqdimatıdır. Bir misal çəkim. İkinci fəsildə Əcəmi Naxçıvanıdən bir sitat var:

“Biz gedirik yalnız qalır ruzugar

Biz ölürük əsər qalır yadigar”

Biz müəlliflər bu misralarla məsuliyyətimizi bir daha dərk etmişik. Elə elmi əsər ərsəyə gətirməliyik ki, o doğrudan yadigar qalsın və qiymətli bir xəzinə kimi hər zaman bu sahənin mütəxəssislərinin gərəyi olsun. Bax, gətirilən sitatlar yalnız buna xidmət edib və mən onlardan birini dedim.

Bu arada Vüqar müəllimi-hansı ki, bir az əvvəl haqqında demişdim-söhbətə dəvət edirəm, onun kitab haqqında düşündüklərini soruşuram.

-Vüqar müəllim, gənc kadr və xaricdə təhsil alan mütəxəssis kimi bu kitab haqqında siz nə deyərdiniz?

-Kifayət qədər əhatəli bir dərslikdir. Qısaca onu deyərdim ki, “Aqrokimya” dərsliyi həm müasir dünyada qəbul edilən fundamental bilikləri özündə birləşdirir, həm də respublikamız üçün spesfik olan iqlim-torpaq şəraitində gübrələrin tətbiqi haqqında qiymətli məlumatlarla zəngindir.

-Hacı, kitab 3 alimin müəllifliyi ilə ərsəyə gəlib. Sizi şəxsən mən çox səmimi insan, əqidəsi dəyişməyən ziyalı, hətta minnətli adlardan imtina edən halal kişi kimi tanıyıram. Mümkünsə deyin; kitabda kimin zəhməti nə qədər olub?

- Bu kitab 11 fəsildən və 438 səhifədən ibarətdir. Çəkilən zəhmət tən yarıdır və üçümüzün də zəhməti eynidir. Kimsə kimdənsə nəyə görəsə fərqli deyil. Hamımız eyni hüquqlu müəllifik. Namiq müəllimin də, Kəmalə xanımın da kitabın yazılmasında böyük xidmətləri var. Onların hər biri yeni dərsliyin uzunömürlü olması və tanınması üçün elmi potensialından maksimum istifadə edib. Qısası, çəkilən zəhmət 3 nəfər arasında tən bölgülüdür.

-Kitab haqqında danışdıq. Son olaraq özünüz haqqında bilgi verməyinizi xahiş edirəm. Neçə elmi əsərin müəllifisiniz və nə vaxtdan kafedra müdirisiniz?

- 1981-ci ildən bu kafedrada işləyirəm və 3 ildir kafedranın müdiriyəm. 2 dərsliyin, 3 dərs vəsaitinin və 200-dən artıq elmi əsərin müəllifiyəm ki, onun da 50-si xarici ölkələrdə nəşr edilib.

 

Müsahibəni apardı:

 

Qalib Rəhimli,

ADAU-nun mətbuat xidmətinin rəhbəri.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024