Sosial (Dünən, 23:05)
Arabaçı işləyir: adına 5 şirkət, 54 min borc var - VİDEO

Valyuta.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Xəqani Qasımov işə düzəltmək adı ilə ona bir neçə sənədə qol çəkdirib, şəxsiyyət vəsiqəsini də götürdüklərini bildirib.
Onlardan xəbər çıxmadığını görən Xəqani Qasımov arabaçılıq etməyə davam edir. Bir gün də Rusiyada yaşayan qohumlarının yanına gedib orada fəhlə kimi işləmək qərarına gəlir, borc tapıb bilet alır.
Xaqani Qasımovun sözlərinə görə, Dövlət Vergi Xidmətindən ona bildirilib ki, məhkəməyə müraciət etməlidir. Onun isə vəkil tutmağa da pulu yoxdur. Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, başqa adamın adına VÖEN açmaq qeyri-münmkündür. Bunun üçün ya həmin adam kiməsə etibarnamə verməli, ya da özü idarəyə müraciət edib açdırmalıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik
