Sosial (5-12-2015, 15:44)
ADAU-da Gəncə Kitab Klubunun fəalları müzakirə aparıb- FOTOLAR
Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə kitab klubunun fəalları Radişevin “Peterburqdan Moskvaya səyahət” kitabını müzakirə ediblər. Müzakirədən əvvəl bildirilib ki, şəxsiyyətin formalaşmasında kitabın nə dərəcədə təsiri olduğunu hamımız bilirik. Onu da bilirik ki, son zamanlar kitaba maraq həddən artıq azalıb. Ölkədə kitabxanaların və kitab mağazalarının sayında da kəskin azalma var.
Mediatv.az-a ADAU-nun mətbuat xidmətinindən verilən xəbərə görə bu boşluğu doldurmaq üçün artıq Gəncədə iki ildir Kitab klubu fəaliyyət göstərir və ətrafına da kifayət qədər oxucu toplayıb. Əsasən gənclərdən ibarət oxucular mütaliənin əhəmiyyəytini dərk edir və zöz ehtiyatlarının məhz bu yolla zənginləşdirməyi mümkün hesab edirlər. “Odlar Yurdu” Gənclər İctimai Birliyinin nəzdində təşkil olunan Kitab Klubunun rəhbəri Ülviyyə Mahmudova isə deyib ki, gəncləri kitab oxumağa yönəltmək olduqca məsuliyyətli və zəhmət tələb edən işdir və klubun fəalları indiyə kimi 33 kitabın müzakirəsini keçirib. Bu gün isə biz ADAU-nun kitabxanasında Radişevin “Peterburqdan Moskvaya səyahət” kitabını müzakirəsinə toplaşmışıq. Ona görə bu kitabı seçmişikk onun oxunmasına bir əsr yarım qadağa qoyulub.
Əsərlər müzakirəyə qoyulmazdan əvvəl gənclərin istəkləri nəzərə alınır, sorğu ilə əsərlər seçilir. İsmayıl Şıxlının “Dəli Kür” əsəri, Qurban Səidin “Əli və Nino”, Elçin Əfəndiyevin “Mahmud və Məryəm”, Varis Yolçuyevin “Sonuncu ölən ümidlərdir”, Çingiz Abdullayevin “Ölümü özün seç”, Cəlil Məmmədquluzadənin “Ölülər” və s. əsərlərini müzakirə etsək də, ümumilikdə, gənclər milli yazarlarımızdan əsasən Elxan Elatlı, Çingiz Abdullayev, Qaraqan və Varis Yolçuyevi maraqla oxuyub müzakirə edirlər.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025