Sosial (Bu gün, 11:10)
“Rəsul Quliyevin qızı Bakıya pulu aparmaq üçün gəlib” - Milyonluq bağın qalmaqalı

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Şeyxülislam Allahşükür Paşazadənin qudası Qalib Salahzadə deyib.
“Ramiz Mehdiyev çalışıb ki, mənim kimi adamları dövlətdən narazı salsın. Oğlum gəlib demişdi ki, ata, səni 26 apreldə həbs edəcəklər. Dedim ki, oğlum, qələt edirlər, Ramiz də qələt edir, Zakir də, Rüstəm də. Məni bir nəfər həbs etdirə bilər. O isə məni tanıyır. Bilir ki, xəyanətkar deyiləm. Onlar kimi pul xatirinə dostlarıma xəyanət etməmişəm. Kişi kimi yaşamışam, kişi kimi də öləcəyəm. Gərək, Ramiz Mehdiyevə bu yaşında bütün bunlar olunaydı, hacı Qalib də ürəkdən sevinəydi. Mən Allahın gücünü bilirəm. Bilirəm ki, Allah belə adamları mütləq cəzalandıracaq. İndi oğlum evdə oturub, heç yerdə işləmir. Nəyə görə? Çünki Mehdiyevin ətrafındakı adamlar elə şaiyələr yayırlar ki... Oğlum sakit, sudan da təmiz adamdır. Gözlədilər ki, hökumətdən narazılıq edim. Xeyr, dövlətdən, Prezidentdən narazı deyiləm. Dövlət istəsə, evləri sökərdi. Amma toxunmadılar. Məni təxribata çəkmək istədilər. Ramiz Mehdiyevin Prezident Administrasiyasında işə götürdüyü xadiməni belə qovmaq lazımdır. Çay paylayan adamı icra başçısı qoyub. Mən bu günü gözləyirdim. Cənab Prezidentin müharibəyə başı qarışmışdı, bunlar da əl-qol açmışdılar. Cənab Prezidentin çörəyini yeyib, Prezident bunun üçün nə istəsən, edib... Ramiz isə altdan-altdan xəyanət edib. 2010-cu ildə mən deputat seçiləndə Ramiz Mehdiyevlə Zeynal Nağdəliyev məni kabinetlərinə dəvət etdi. Dedilər ki, fikirləşirik, sənə deputat olmağa icazə verək, ya yox. Ramiz Mehdiyev mənimlə elə danışırdı, elə bil, bu, ölkənin rəhbəridir. Sonra parlamentdəki qohumlarından biri yaxınlaşdı ki, səni kişinin yanına aparım. Bəyəm bunlar bilmirlər ki, mən kiməm, qabiliyyətim nəyə çatır? Ramiz Mehdiyevlə heç vaxt görüşməmişəm. Həyatımda iki dəfə Mehdiyevi görmüşəm. Özü qapıma gəldi, Bilgəhdəki torpaqlardan istədi, mən vermədim. Elə buna görə 1994-cü ildən mənimlə düşmən olub. Zakir Qaralova da torpaq vermədim. Hasarlamışdı, sökdüm. İndi də Azərbaycanda adam tapa bilmədilər, Moskvadan Qod Nisanovu gətiriblər? Düşünüblər ki, Nisanov milyarderdir, hacı Qalib ondan qorxar. Mənim Bilgəhdə elə üç-beş nəfər milyarderim var də. Mən milyarder görməmişəm? Qod Nisanov mənə heç nə edə bilməz", - Q.Salahzadə deyib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025