Siyasət (Bu gün, 11:28)
“TDT səmərəli platforma qismində çıxış edir”

“2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda əsası qoyulmuş Türk Dövlətləri Təşkilatı türkdilli xalqlar və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və həmrəyliyin artırılması istiqamətində böyük töhfələr verib. Ötən il Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçılarının Şurasının 12-ci Zirvə toplantısı baş tutub. Bu yüksəksəviyyəli görüşlər zamanı təşkilat çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsinə, türk dünyasının sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına və qlobal arenada güc mərkəzinə çevrilməsinə xidmət edən bəyannamələr imzalanıb”, - dövlət başçısı qeyd edib.
