Sosial (Bu gün, 09:34)
"Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkəti tenderdə qalib elan edib

32gun.az xəbər verir ki, tərəflər arasında 158120 manatlıq müqavilə bağlanması planlaşdırılır.

32gun.az-ın əldə etdiyi məlumata görə, qalib şirkətin vergi borcu mövcuddur. Şirkətin borcu 7509.13 AZN təşkil edir.
Bu isə ilk hal deyil ki, "Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkəti tenderdə qalib seçir.
"Azsur Group" MMC-nin qanuni təmsilçisi Rəşad İmanlı Yasəf oğludur və şirkətin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir.
Qeyd edək ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.
Xatırladaq ki, Xatırladaq ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adı bu iddialarda xüsusi hallanır.
Bir neçə gün öncə yayımlanan materiallarda ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuş, qurumun yarıtmaz fəaliyyəti nəticəsində sel sularının daşması və ölkədə su qıtlığı ilə bağlı problemlərin artdığı qeyd edilmişdi. İndi isə həmin problemlərlə bağlı elan edilən tenderin qalibinin dövlətə borclu şirkət olması əlavə suallar doğurur.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025