Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (Bu gün, 07:12)
Qrip düşmək istəməyənlərin nəzərinə

 Payız və qış ayları qrip, soyuqdəymə kimi xəstəliklərlə yadda qalır. Çox vaxt xəstəliklərlə mübarizə aparmaqdan payızın və qışın gözəlliklərini nəzərdən qaçırırıq. Ancaq qrip və soyuqdəymədən qorunmaq elə də çətin deyil.
“Qafqazinfo” xəbər verir ki, sadəcə qida rasionunuza bir neçə faydalı qidanı daxil edərək soyuq ayları daha sağlam keçirə bilərsiniz.
Qırmızı bibər
Antioksidant qaynağıdır. İmmunitet sistemini təmir edir. Xəstəliklərə qarşı bədənin müqavimətini qüvvətləndirir. Xüsusilə, çiy şəkildə salatlara əlavə edildikdə faydalı olur.
Sarımsaq və soğan
Bu iki tərəvəzin də funksiyası eynidir. Xüsusilə, qripə qarşı orqanizmin müqavimətini inanılmaz dərəcədə artırırlar. Çiy şəkildə yemək daha faydalıdır.
Quru paxla
İmmunitet sistemini gücləndirən quru paxla əsl lif anbarıdır. Həftədə 1-2 dəfə quru paxla yeməyi yesəniz, qrip sizə yaxınlaşa bilməz.
Kələm
Antioksidant qaynağı olan kələm, immuniteti sürətlə yüksəldir və qüvvətləndirir. Kələmi çox bişirmək olmaz, az bişəndə vitaminlərini daha yaxşı saxlayır. Buna görə də orqanizm üçün daha faydalı olur.
Çiy kələm orqanizmi qripdən qoruyur.
Brokoli
Tərkibi C vitamini ilə zəngindir. İmmunitet sistemini gücləndirir.
Turp
Turp təbii bir antioksidant və antibiotikdir. Xüsusilə qrip və soyuqdəymənin qarşısını alır.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
18 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025