Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 17:01)
Elkiyar Ziyadovun AHİK-də 3 vəzifə daşıması hansı qanunla tənzimlənir ?

 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “putyovka” maxinasiyası – Sahib Məmmədov 1 milyon ittifaq üzvünün hüquqlarını necə tapdalayır ?!
Bu iddia Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında yaşananlarla bağlı Mediatv.az-ın elektron poçtuna daxil olmuş yazıda yer alır.Yazı müəllifi daha sonra yazır:
Sahib Məmmədovun Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sədr seçilməsi ötən ilin avqust ayında ölkə gündəminə bomba xəbəri kimi düşdü. 30 ildən artıq AHİK sistemini rüşvətxorluq yuvasına çevirmiş, öz şəxsi maraqları üçün istifadə edən Səttar Möhbalıyevin axır ki bu vəzifədən gedişi, fəxri təqaüdçü qismində mandatla təmin edilməsi, cəmiyyətdə böyük ümidlər yaratdı. Səttar Möhbalıyevin dövründə “putyovkalar” yalnız yüksək çinli məmurlara, onlardan qalan artıqlar isə böyük “şapkalarla” , böyük dava-qırğından sonra ittifaq üzvlərinə çatırdı.
Bəlkə Səttar Möhbalıyev yaşadığı və işlədiyi ömrü boyu ölənlərinə bu qədər rəhmət qazanmamışdı, nə qədər ki Sahib Məmmədovun gəlişi ilə Səttar Möhbalıyevin fəaliyyəti dövrünə şükür etdirdi.  Əldə etdiyimiz dəqiq məlumatları Sizlərə təqdim edirik.
Sahib Məmmədov iqtisadçı kimi ilkin olaraq vəsaitlərin gəlişi və xərclənməsi mexanizmini düşünməli idi. Bunun üçün görüntü olaraq elektron qeydiyyat, hər bir ittifaq üzvünün özünün birbaşa sistemə daxil olaraq artıq müasir dildə desək “yollayış” almasını təmin etmək məqsədilə e-ahik.org platforması yaratdı. Lakin bunların hamısının arxasında böyük maliyyə maxinasiyaları dayanırdı. E-ahik.org platformasını yaratmaq üçün 100 minlərlə vəsaiti özünün işçisi olan şəxsin şirkətinə köçürməklə ilk maxinasiyalara həyata keçirməyə başladı. Qaynanasının xahişi ilə 60 saylı məktəbin direktoru vəzifəsindən, ümumiyyətlə təhsil sistemindən maliyyə fırıldaqlıqlarına görə işdən qovulmuş Emiliya Səfərəliyevanı məhz “putyovka” alverini etmək üçün o işin başına gətirdi. O işlərə nəzarət etmək üçün özünün yaxın tanışı Elkiyar Ziyadovu gətirdi qoydu Emiliya Səfərəliyevaya nəzarətçi. Təsəvvür edirsinizmi, Elkiyar Ziyadovun 3 vəzifəsi var: sədrin müşaviri, Mədəniyyət Həmkarların sədri və Kurort Şirkətinin sədri. Bu əmək məcəlləsinə birbaşa zidd olsa da, Elkiyar Ziyadov kimi psixoloji durumu yerində olmayan birinin bu qədər vəzifə tutması və hər sözündə Sahib Məmmədovun varlığına şükür etməsi üçün kifayət edir. Elkiyar Ziyadov haqqında gələn yazımızda daha ətraflı danışacağıq.
Yay dövründə 1 milyondan artıq ittifaq üzvünün artıq bu maxinasiyanı üzə çıxarması müəyyən etdiyi anlayan Sahib Məmmədov keçdi B planına. Bu yaxınlarda heç bir səsvermə olmadan, gizli qapılar arxasında, Həmkarlar İttifaqları haqqında Qanunu pozmaqla, özünün müşavirini, hərəkətləri ilə artıq bütün AHİK sistemini təngə gətirmiş Nigar Vahabzadəni Azərbaycan Turizm və Ekskursiyalar Şurasına SƏDR TƏYİN ETDİ ! Bəli, məhz təyin etdi ! Çünki Məclisin açıq müzakirəsinə çıxarılsaydı, heç kim onun SƏDR SEÇİLMƏSİNƏ razı olmazdı!
Emiliya Səfərəliyavın yay dövründə xüsusi ilə özəl otellərə kvotadan artıq verilmiş yollayışlar nəticəsində, AHİK-in külli miqdarda borcları yaranmışdır. Bu borcları ödəmək üçün ilk həmkarlar ittifaqlarından külli miqdarda vəsaitlər hazırda AHİK-ə köçürülür. Bu barədə gələn yazımızda dəqiq məlumatlar verəcəyik !
Hal-hazırda Emiliya Səfərəliyevanın bu maliyyə piramidasını dolaşdırmağı, özünü açığa çıxarması və özünün də şübhələr altına düşməsinə nəzərə alaraq, Sahib Məmmədov “putyovka” alverini özünün ən güvəndiyi müşaviri Nigar Vahabzadəyə həvalə etmişdir. Növbəti proseslərdə Nigar xanımın bu işin öhdəsindən necə gəldiyi müşahidə etməklə, bütün niyyətlər ifşa olunacaqdır. Çünki burada məqsəd bir, icraçılar fərqlidir

Qarşı tərəfin cavab haqqını tanıyırıq..
 
      Mediatv.az шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025