Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Redaktor seçimi (Dünən, 12:30)
DSMF əmək qabiliyyətini müvəqqəti itirən sürücünü süründürür

İşləyən şəxs hər hansı xəstəlik, zədə və ya xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirərsə, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə” görə müavinət ala bilər.
Bu müavinətin verilməsi üçün xəstəlik vərəqələri verilir, müavinətin məbləği isə işçinin qazancına görə dəyişir. 
Müavinətin məbləği əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı məcburi dövlət sosial sığorta haqqına cəlb olunan qazancın məbləğindən asılı olaraq hesablanır. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancını həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Bu iş günlərindən sığo istənkənarda olunanın xəstəlikdə, hamiləlik və doğumda, həmçinin uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə dövrə düşən iş günləri çıxılmalıdır. Müavinətin ümumi məbləği isə gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır. İşçi əsas iş yerindən əlavə muzdlu işə aid olan başqa müəssisədə də işləyirsə, bu zaman müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda, qalan günlər üçün isə həm əsas, həm əlavə iş yeri üzrə ümumi qazancı əsasında hesablanır və ödənilir.
Xəstəliyin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Lakin təcrübə göstərir ki, vətəndaşlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti almaq istərkən Dövlət Sosial Müdafiə Fondunda bürokratik əngəllərlə üzləşirlər.
Tovuz rayonunun Əlibəyli kəndində qeydiyyatda olan, hazırda Bakının Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan 1982-ci il təvəllüdlkü Abbasov Rəşad Məmməd oğlu “Mediatv.az” saytının redaksiyasına müraciət edərək, Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə münasibətdə süründürməçiliklə qarşılaşdığından şikayətlənib.
R.Abbasov bildirir ki, "Transportations Trucks Service" MMC şirkətində sürücü vəzifəsində işləyir. İyul ayının 22-sindən  ağır xəstəliklə (“Ağciyərlərin infiltrativ vərəmi”) diaqnozu ilə Abşeron rayon regional xəstəxanasına düşüb. Avqustun 22-si xəstəxanadan çıxsa da, yenidən müayinələrdən sonra səhhətində müsbətə doğru ciddi irəliləyiş müşahidə olunmadığına görə ev şəraitində müalicəni davam etdirib: “Avqustun 23-ü  günü yenidən mənə bülleten açıldı. Şirkət  öz üzərinə düşən sənədləri toplayib DSMF-na  göndərdi ki, mənə  ayrılmış pul ödənilsin. DSMF bir dəfə  protokol kağızında “problem” tapdı. Düzəliş edili  bir də göndərldi. Növbəti dəfə əmək haqqı cədvəlində “problem” çıxdı. O da düzəlib göndərildi. Şirkət öz növbəsində mənə xəstəxanada yatdığım dönəm üçün öz üzərinə düşən 14 günün pulunu ödəniş etdi. Bundan əlavə, nümunəvi içki olduğum üçün əlavə bir aylıq əmək haqqım həcmində əlavə mükafat verdi. İndi də DSMF bu ödənişləri nəzərində tutaraq yenidən imtina verdi ki, bu pul nəyə görə ödənib. Halbuki, qeyd etdiyim ödənişlərin Fonda heç aidiyyəti yoxdur, ödənişlərin təyinatı qurumun nəzarət etdiyi sistemdə açıq-aydın görünür. Sadəcə pul ödəməməkdən ötrü bu “problemləri” tapırlar”.  
Üç övladlı ailə başçısı olan şikayətçi həmçinin maddi durumunun qeyri-qənaətbəxş olduğunu, müalicəsinə tələb olunan dərmanları almağa, banka olan kredit borclarını ödəməyə pul tapmadığını bildirir və aidiyyəti qurumlardan köməkdarlıq gözləyir.


  Mediatv.az
  шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
8 10 2025