Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (1-12-2022, 15:40)
Sabirabadın kənd məktəbində istiliyin olmamasına aydınlıq gətirildi - YENİLƏNDİ

 
Elm və Təhsil Nazirliyi Sabirabad rayonu Kovlar kənd tam orta məktəbinin istilik məsələsinə münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Sabirabad rayonu Kovlar kənd tam orta məktəbinin istilik sistemi dizel yanacaqlı qazanxana ilə işləyir:
"Məktəbə dizel yanacağı verildikdən sonra qazanxana işə salınıb və bundan sonra bəzi problemlər ortaya çıxıb. Hazırda ustalar məktəbdə təmir-bərpa işləri aparır və ən geci sabah məktəbdə istilik olacaq. Əlavə məlumat veriləcək".
13:17
Sabirabadın Kovlar kənd orta məktəbinin istilik probleminə aydınlıq gətirilib.
Mil-Muğan Regional Təhsil İdarəsindən Manset.az-a bildirilib ki, məktəbin qazanxanasında nasazlıq ortaya çıxdığı üçün hazırda istilik verilə bilmir.
"Məktəb dizel yanacağı ilə qızdırılır. Qazanxana işə salınarkən problem ortaya çıxıb. Hazırda ustalar orada iş aparır. Gün ərzində və ya sabah məktəbə istiliyin verilməsi təmin ediləcək" - deyə bildirilib.
Qeyd edək ki, məktəbin şagirdləri sosial şəbəkədə sinif otaqlarının soyuq olması barədə paylaşım ediblər.шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024