Təhsil (30-09-2024, 16:48)
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Ötən gün Gəncə Dövlət Universitetinin tələbələri diplom üçün onlardan pul tələb edilməsi iddiasını əks etdirən video yayıblar.
Maraqlıdır, diploma görə tələbələrdən pul tələb oluna bilərmi?
KONKRET.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycan Respublikasının Təhsil Qanunvericiliyinə əsasən, ali təhsil müəssisəsində diplom əldə etmək üçün əlavə ödəniş tələb olunmur:
“Qanunvericiliyə görə, diplom almaq ali təhsil prosesinin bir hissəsi hesab olunur və bu sənədin təqdim edilməsi üçün təhsil alanlardan ödəniş tələb etmək qanunsuzdur. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun müvafiq maddələrinə (Təhsil müəssisələrinin vəzifələri) əsasən, təhsil müəssisələri tələbələrin təhsilini qanunvericiliyə uyğun olaraq təşkil etmək və təhsil aldıqlarına dair sənədləri (diplom, sertifikat və s.) vermək vəzifəsinə malikdirlər. Təhsil müəssisələri bu xidmətlər üçün əlavə ödəniş tələb edə bilməzlər. Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələrdən kənar tələbələrin hüquqlarının pozulması inzibati məsuliyyət yarada bilər. Yəni, ali təhsil müəssisəsi tələbələrdən diplom üçün ödəniş tələb edərsə, bu qanunvericiliyin pozulması hesab olunur və buna qarşı hüquqi tədbirlər görülə bilər”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024