Təhsil (7-03-2023, 13:33)
Doqquz ildir qaloşla məktəbə gedən MÜƏLLİM
"2014-cü ildə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində iştirak elədim. Yüksək nəticə qazandım, o vaxtlar indiki kimi deyildi, Bakıda vakansiya yox idi. İşləmək istədiyim yerlərin adlarını qeyd etdim. Birinci Qubanın Yenikənd kəndini, daha sonra uzaq rayonları yazdım. Evdəkilərdən xəbərsiz bu seçimi elədim. Çünki, bu mənim heç bir hazırlığa getmədən topladığım nəticə idi. Nəticələr bəlli oldu, müsahibədən də keçib işə qəbul olundum”.
Mediatv.az bildirir ki, bu dəfə Bizim.Media üçün öz uğur hekayəsini Qubanın Yenikənd kənd tam orta məktəbinin coğrafiya müəllimi Günay Quluzadə danışır.
2014-cü ildə Bakı Dövlət Universitetini bitirən həmsöhbətimizin maraqlı hekayəsi var. 31 yaşı Günay Quluzadə 9 ildir Yenikənd kəndində müəllim işləyir.
Deyir ki, Yenikəndə ilk gəldiyim gün gördüklərim ailəmi narahat etsə də qərarımdan dönmədim. O, ömründə görmədiyi dağ kəndinə Qubanın rayon mərkəzindən qardaşı ilə piyada gəldikləri günü belə xatırlayır.
"Dedilər kəndə 18 km-dır. Nə qədər getsək də mənzil başına çatmaq olmurdu. Qardaşım onda Qafqaz Universitetinin tələbəsi idi. Bir birimizə baxa-baxa dağlara qalxırdıq. Yollar çətin olsa da ətrafdakı mənzərə adamı valeh eləyirdi. Nəhayət, çatdıq. Odun sobası ilə isinən evlər... hara düşdüyümün, necə olacağının fərqinə varmadan, düşünmədən razılıq verdim. Ev tapdıq. Qardaşım və digər insanlar təkidlə "burda necə qalacaqsan? Sənə çətin olacaq"- desələr də mənim cavabım -"burdakılar necə qalır, mən də elə"- oldu. Həmin gün Bakıya qayıtmaq istəsək də bizə dedilər ki, artıq bundan sonra avtomobil tapmaq mümkün deyil. Avtobus gündə bir dəfə səhər saat 8-də Qubaya gedir, saat 14.00-da Qubadan geri qayıdır. Həmin gün kənddə qaldıq".
Günay Quluzadə Yenikənddəki müəllim həyatının bu 9 ildə müxtəlif çətinliklərlə müşayiət olunduğunu söyləyir. İlk dərs gününü, insanlar arasında konstitusiyamıza and içməyini, onu bir-bir bütün siniflərdə təqdim etmələrini xoş və həyəcanlı xatirə kimi danışır:
"İlk gün həyəcanlı və çox xoş idi. Mehriban bir ortam oldu. Məktəb çox şəraitsiz olsa da uşaqların üzündəki o məsum baxışlar adamın içini isidirdi. Mənim 10 saat dərsim vardı, o vaxtı heç 120 manat eləmirdi. Mən həmin vaxt sırf maddiyyatı düşünsəydim, dərhal kəndi tərk edərdim".
İlk gündən məktəbdə həvəslə şagirdlərinə qucaq açan Günay Quluzadə Qubanın kənd həyatında ömründə görmədiyi çətinlikləri görüb:
"Problemlər çox, öyrəşmək çətin idi. Odun sobasının istisinə isinmək, suyu hardansa gətirmək, üstəlik də bərbad elektrik xəttləri... Külək əsəndə işıqlar sönürdü. Ayaqqabılarım tab gətirmədiyindən sonradan rezin “qaloş”a keçdim. Daha rahat və ucuz. Suyu gətirmək indi asanlaşıb, əvvəl mən qonşu Tüləkəran kəndindən su gətirmişəm. Qaz da yox idi onda".
Günay xanım gənc müəllimə kimi dövlətin ona verdiyi imtiyazlardan razı qalmayıb. Deyir ki, məktəbimiz kəndin girişindəki məsafədən çox uzaqda yerləşir:
“Meşənin girişində yerləşən məktəbdir. Amma mən 5 il 60 manat aldım. 2 km fərq olduğu hesablansa da mənə əlavə məbləğ verilmədi. İndi o da verilmir, müəllimliyimin 5 ili tamam olanda həvəsləndirici 60 manat da kəsildi. Bu, adama pis təsir edir. Kənddə qalıb işini davam etdirmək istəyənlərə hökumət maddi dəstəyini davam etdirsə, yaxşı olar".
Əslən Qəbələnin Həmzəli kəndindən olan Günay Quluzadə Bakıda doğulub. Fizika-riyaziyyat təmayüllü liseyi bitirib.
Nə vaxtsa kənddə işləyəcəyini və işləyəcəyi kənddə sevdiyi oğlanla ailə həyatı quracağını ağlının ucundan belə keçirməyib. Həyat yoldaşı Nicatla necə ailə qurmasından da söz açır:
"Bir ilimi başa vurana yaxın şəxsi həyatımda da yenilik oldu. Mən kənddən qayıdanda Bakıya, Yenikənddən olan Nicat adlı oğlanla qayıtdım. Nicat onda Bakı Dövlət Universitetində turizm ixtisası üzrə təhsil alırdı. Sonra münasibət yarandı və tam ciddiləşdi. 2016-cı ilin fevralın 19-dan həyatımın dönüş nöqtəsi olacaq qərarlar verdim, çox şükür ki, hələ də peşman deyiləm”.
Müsahibim işlədiyi Yenikənd məktəbinin 2005-ci ildə tikildiyini deyir. Amma bildirir ki, çox keyfiyyətsiz tikilib və hazırda qəzalı vəziyyətdədir. Onun sözlərinə görə, odun sobası ilə isinən məktəb indi daş kömürlə qızdırılır.
Daş kömürün verdiyi istilik sinif otaqlarını qızdırmadığından müəllimlər məcbur olub odunu özləri pulla alırlar. Kəndə gələn yolun bərbad olması da gənc müəllimi çox narahat edir:
“Rayon İH başçısı Ziyəddin Əliyev Tüləkəran kəndində səyyar qəbul keçirəndə mən yolumuzun təmir edilməsi məsələsini qaldırdım. Rayon İcra Hakimiyyətinin başçı bizə söz verib. İnanıram ki, yolumuz əsaslı təmir olunacaq”.
Günay Quluzadə deyir ki, qarşıdakı ildə MİQ-də yenidən imtahan vermək fikrindədir. Arzusu Bakıda vaxtilə oxuduğu məktəbə qayıdıb fizika-riyaziyyat təmayüllü liseydə müəllim işləməkdir. Həyat yoldaşı Nicat Bakıda işlədiyindən hər cümə kənddən Bakıya gedib qayıtmaq onun üçün də çox çətindir. Deyir ki, Yenikəndi, yenikəndliləri çox sevir. Amma burada əsas yarada bilib, xeyli davamçısı var.
“Burda qalmaq xoş olsa da artıq Bakıya dönməyin vaxtıdır” - deyir Günay Quluzadə.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024