Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (26-01-2023, 13:08)
Geri qaytarılan 427 dissertasiyaya görə kim cavab verəcək? - “Elə institut var ki, 10-15 işi…”

Geri qaytarılan 427 dissertasiyaya görə kim cavab verəcək?
Elmin inkişafı ölkənin hərtərəfli inkişafının hərəkətverici qüvvəsi olmalıdır.

Bu baxımdam insanların ölkədə elmin beşiyi sayılan Azərbaycan Milli Elmlər Akademiyasından bir çox gözləntiləri var. Onlar alimlərimizin nəinki ölkənin tarixi, iqtisadi, texnoloji sahələrdə mühüm təkliflərlə çıxış etməsini, yeni-yeni kəşfləri, elmi ixtiraları ilə dünyada tanınmasını istəyirlər. Ancaq son vaxtlar AMEA yalnız qalmaqallarla yadda qalıb. Bugünlərdə isə sosial şəbəkələrdə AMEA ilə bağlı yeni statistik rəqəm öz əksini tapdı. Göstərilir ki, 2022-ci ildə müdafiə edilən 649 dissertasiyadan 427-si geri qaytarılıb:

“Rəhbərləri, rəy verənləri və şura sədrləri həbs edilməli, zərərçəkənlərin pulları isə geri qaytarılmalıdır”.

Bu məlumat AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Ənvər Əliyev tərəfindən də paylaşılıb. Məlumatın nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək istədik.Mediatv.az-ın məlumatına görə, AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Ənvər Əliyev Cebhe.info-ya bildirdi ki, bu statistikanı sosial şəbəkələrdən götürüb:

“Eyni zamanda AMEA-nın işçiləri ilə söhbətimizdə onlar da təsdiqlədi ki, doğrudan da belədir və 649 dissertasiyadan cəmi 222-si keçib. Demək olar ki, 70 faizi keçməyib. Ancaq bu rəqəmlər normal qarşılandı. Çünki bütün institutlarda bu problem var. O qədər də elmi tutumu olmayan, köhnə, vaxtilə təsdiq edilmiş mövzuları götürüb sarı vərəqdən ağ vərəqə köçürməklə yazılan məqalələr, dissertasiyalar var. Mən onu təsdiq edə bilərəm ki, əvvəlki tədqiqat işləri aparılmır.

Elmi məhsul institutdan AMEA-ya gəlir və orada da işlər zəifdirsə, nəticə də belə olur. Yəni bu qapalı bir sistemdir, burada da günahkarı tapmaq çətinləşir. Ancaq əslində istər institut, istər akademiya, istərsə də orta məktəbdə mövcud problemlərlə bağlı hamının birmənalı olaraq bir fikri var ki, Azərbaycanda elm və təhsil bərbad vəziyyətdədir və günbəgün pisləşməyə doğru gedir. Fikrimcə, bir dövlətin, milllətin elmi zəifləyirsə, artıq onun varlığının şübhə altına düşməsi deməkdir. Elə millətlər var idi ki, neçə min illər ərzində torpaqları yox idi, ancaq elmlə dünyaya tanınırlar. Bütün bunların fonunda o məsələ durur ki, biz hansə vasitə ilə olsa da elmimizdə dirçəliş yaratmalıyıq. Bu istiqamətdə ciddi tədbirlər görülməlidir”.

“Azərbaycan elmində inkişafsız dövr”ün yaranmasının səbəbinə gəldikdə isə şöbə müdiri deyir ki, Azərbaycan elminin korifeyləri Sovet dövründə dünyaya səs salırdı:

“Azərbaycanda elm fədailəri çox idi və ilk növbədə dövlət qayğısı vardı. 1946-cı ildə Azərbaycan rəhbərliyinin çıxardığı qərara əsasən gənc alimlər, mütəxəssislər SSRİ-nin mərkəzi şəhəri başda olmaqla digər şəhərlərə xüsusi ixtisaslar üzrə göndərilirdilər. Onların maddi təminatı da təşkil olunmuşdu. Bu proses təxminən 11 il davam etdi. Sonra müəyyən səbəblərlə bağlı, xüsusilə də ən böyük maneəni ermənilər törədirdi. Həmin dövrdə bizim Moskvaya göndərilən gənclərə akademik Ziya Bünyadov rəhbərlik edirdi. O bildirmişdi ki, belə bir təcürbə Cümhuriyyət dövründə də olub. AXC ən çətin dövrdə 3 milyon vəsait ayırıb, 100 nəfər gənci müxtəlif ixtisaslar üzrə başqa ölkələrə göndərib.

Çünki millətin varlığı, gələcəyi, onun bütün problemlərinin həlli ancaq savadlı, dünyanın müqayisə olunan elmlərinə yiyələnmiş kadrlar sayəsində mümkün olur. Məhz Cümhuriyyət dövründə də həmin gənclər sırasında öz kəşfləri ilə dünyaya səs salanlar oldu. Sonrakı dövrdə,1946-57-ci illərdə də xaricdə ixtisasını artıran gənclər nəhəng alimlərdir. Onlar, o cümlədən mənim çalışdığım Coğrafiya İnstitutunda Budaq Budaqov, Ənvər Şıxlınski, Naib Şirinov kimi alimlərimiz elmin bütün sahələrində inqilabi çevriliş etdilər. İndiki dövrdə belə addımlar atmaq lazımdır”. Alimin sözlərinə görə, elm sahəsində heç bir güzəşt olmamalıdır: “Fikrimcə, Cinayət Məcəlləsində xüsusi maddələr olmalıdır. Əgər hər hansı bir adam, aspirant, yaxud onun elmi işi özünü doğrultmadısa, onun diplomu əlindən alınmalıdır. Demək ki, sən yararsız məhsul istehsal edirsən. Bu avtomat, tank deyil ki, yenidən təmir edib sahəyə çıxarasan. Bu prosesin qarşısı alınmasa, həndəsi silsilə ilə mənasız kadrlar hazırlanacaq. Mən bu gün müxtəlif universitetlərdə dərs deyən kadrlara baxıram, məəttəl qalmışam.

Vaxtilə tanınmış adamlar, akademiklər, professorlar, dünya səviyyəli tədqiqatçılar gedib universitetlərdə dərs deyirdilər. Ancaq indi öz ixtisasını bilməyən, DİM-də öz ixtisasından 3 ala bilməyən şəxslər universitetdə dərs deyir. Bunun sonu olmalıdır. Bu, çox ağır məsələdir, millətin gələcəyi ilə oynamaq olmaz. Bəzən rəhbərliyə elə adam təyin edilir ki, onun özünə rəhbər lazımdır. Artıq həyəcan təbili çalınmalıdır.

Bir çox elmi rəhbərlər, Elmi Müdafiə Şurasının üzvləri, opponentlər köhnə, saralmış kağız üzərindən köçürülmüş dissertasiyalara, Sovet dövründən qalmış kurs işlərinə cavab verməlidirər. Elə institut var ki, Ali Attestasiya Komissiyası 10-15, yaxud 5 dissertasiyasını geri qaytarıb. Əgər bir institutun, elmi rəhbərin, opponentin, Müdafiə Şurasının bir elmlər namizədi yetişdirmək qabiliyyəti yoxdursa, deməli, sənin diplomun fırıldaqdır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024