İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən yoxlama zamanı Quba Rayon Mərkəzi Xəstəxanasında küllü miqdarda maliyyə pozuntuları aşkar edilib. Bu maliyyə nöqsanları aşkarlandıqdan sonra isə, yəni ötən gün xəstəxananın maliyyə şöbəsinin baş mühasibi Babayev Elşən Baba oğlu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilib.
Şəxsi mənbələrdən əldə etdiyimiz məlumata görə, aşkarlanan maliyyə pozuntusunun təxmini miqdarının 500 min manatdan çox olduğu güman edilir. Bu vəsaitin hansı formada və şəraitdə yoxa çıxması məlum olmasa da, məbləğin həcmi hər halda bu əməlin bir göz qırpımında yanlışlıqla yol veriləcək sıradan bir nöqsan olmadığını isbat etmiş olur. Uzun illər o vəzifədə nöqsansız çalışan və müəssisənin ən iltizamlı əməkdaşlarından olan baş mühasib Elşən Babayevin birdən-birə belə bir maliyyə nöqsanına öz iradəsi ilə yol verməsi ehtimalı isə əlbəttə, inandırıcı deyil. Yoxlamalar hələ yekunlaşmamış, ortada bu qədər kütləvi məbləğ itkisinin olduğunu da nəzərə alsaq, Elşən Babayevin işdən azad edilməsi də görünür, iz itirməyə çalışan şəxsin və yaxud şəxslərin planının bir hissəsidir.("7times.az")
Mövzunu diqqətdə saxlayacağıq…


























