Sosial (Bu gün, 12:16)
Prezidentin töhmət verdiyi Ağdaş rayon icra başçısı 700 min manatı görün nəyə xərcləyib - Cəmi 3 ayda
Bildiyiniz kimi, avqust ayında Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə şiddətli töhmət elan edilməsi barədə Sərəncam imzalayıb. O, işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət alıb.32gun.az bu dəfə Ağdaş Rayon İcra Hakimiyyəti və tabeliyindəki idarə və müəssisələrin bağladığı tenderləri araşdırıb. Araşdırmaya görə, Ağdaş Rayon İcra Hakimiyyəti cari ildə (avqustdan- töhmət aldıqdan sonra) müxtəlif sahələr üzrə xeyli sayda satınalma müqavilələri bağlayıb.
32gun.az həmin siyahını təqdim edirilk.
“ERACON” MMC – Ağdaş şəhərinin Heydər Əliyev prospektində abadlıq, yenidənqurma və təmir işləri üçün mal-materialların, ağac və gül kollarının alınması: 428.154,98 AZN
“MAIN SUPPLY” MMC – Maşın və avadanlıqların satınalınması: 9.817,6 AZN
“ADZONE-S” MMC – Ağdaş rayonunda tədbirlərin təşkil olunması xidmətləri: 89.979,72 AZN
ATF MMC – Ağdaş şəhərində küçələrin asfalt örtüyünün əsaslı təmiri: 155.364,53 AZN
Qurbanov Şamo Əlşiraz oğlu – Nəqliyyat vasitələrinin cari təmir xərcləri: 4.853 AZN
Şamil Rahim oğlu Abdullayev – Dəftərxana və təsərrüfat mallarının alınması: 6.955,98 AZN
Beləliklə, Ağdaş Rayon İcra Hakimiyyətinin bu tenderlər üzrə ümumi xərci 695.125,81 AZN təşkil edib.
Araşdırma göstərir ki, abadlıq işlərindən tutmuş tədbir təşkilatına, nəqliyyat və ofis xərclərinə qədər müxtəlif sahələrdə xeyli məbləğlər sərf olunub. Bu satınalmaların məbləği, Orxan Hüseynzadəyə verilmiş töhmətin fonunda, ictimai diqqəti cəlb edir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025


























