“Muğanbank” 2020-ci ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatını açıqlayıb.
“MediaPost” hesabata istinadən xəbər verir ki, bu ilin birinci yarısında bankın xalis zərəri 1,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə azalıb. Belə ki, 2019-cu ilin birinci yarısını “Muğanbank” 9,8 milyon manat zərərlə başa vurmuşdu.
Cari dövrdə bankın faiz gəlirləri 14 624 min manat, faiz xərcləri 9 916 min manat, xalis faiz gəliri 4 707 min manat təşkil edib.
Bankın qeyri-faiz gəlirləri 8 415 min manat, qeyri-faiz xərcləri 13 870 min manat təşkil edib. Bu isə bankın ilk 6 ayı 747 min manat əməliyyat mənfəəti ilə başa vurması ilə nəticələnib.
Hesabat dövründə bankın cəmi aktivləri 10,3% azalaraq 591 milyon 807 min manat, öhdəlikləri isə 11,9% azalaraq 505 milyon 712 min manat təşkil edib. Bankın cəmi kapitalı 1% azalaraq 86 milyon 095 min manat olub.
"Muğanbank"ın kredit portfeli 2,7% kiçilərək 356 milyon manata enib. Bununla belə, biznes kreditləri 2,4 milyon manat artaraq 210,8 milyon manata yüksəlib.
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024