Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-02-2021, 21:28)
“Bank BTB” bu səbəbdən bağlana bilər


“Bank BTB”nin zərəri 2 dəfədən çox artdı
"Bank BTB”nin lisenziyasının ləğv olunmasına 3 mln manatdan az məbləğ qalıb. Belə ki, bankın məcmu kapitalı 9 mln. 372 min manat və ya 15% azalaraq 52 mln. 727 min manat olub. Banklar haqqında qanuna görə Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalı 50 mln. manatdan az olmamalıdır.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər lisenziyası ləğv olunan bankların məcmu kapitalı 50 mln. manat öhdəliyinə cavab vermirdi.

Valyuta.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, "Bank BTB”nin cəmi aktivləri 14 mln. 595 min manat artaraq 356 mln. 137 min manata yüksəlib. Buna baxmayaraq bankın müştərilərinə verdiyi xalis kreditlər 1 il ərzində 553 min manat azalaraq 206 mln. 96 min manata enib. Bankın cəmi öhdəlikləri 24 mln. 584 artaraq 302 mln. 156 min manat olub ki, bu da bankda yerləşdirilən müddətli depozitlərin 6 mln. 487 min manat artmasının nəticəsidir.

"Bank BTB”-nin cəmi kapitalı 9 mln. 991 min manat artaraq 53 mln. 980 min manata çatıb.

Bankın faiz gəliri 26 mln. 101 min manat, faiz xərcləri isə 14 mln. 163 min manat olub. Buna görə də bankın xalis faiz gəliri 11 mln. 938 min manat təşkil edib.

"Bank BTB”nin qeyri-faiz gəliri 5 mln. 37 min manat, qeyri-faiz xərcləri isə 15 mln. 31 min manat olub. Nəticədə bankın əməliyyat mənfəəti 1 mln. 944 min manat olub. Bu isə 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 714 min manat və ya 26% azdır.

Bank 2020-ci ili 9 mln. 130 min manat zərərlə başa vurub ki, bu da ötən 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16 mln. 653 min manat və ya 2,2 dəfə çoxdur.

Qeyd edək ki, "Bank BTB”nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19 %-i isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. Mediada Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda AMEA prezidenti olan Ramiz Mehdiyevin gəlini olduğu yazılır və bu məlumat bugünə kimi təkzib olunmayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024