Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (21-04-2022, 11:44)
Antibiotikdən ölən 6 yaşlı Dənizlə bağlı tibb bacısına hökm oxundu

Antibiotikdən ölən 6 yaşlı Dənizlə bağlı tibb bacısına hökm oxundu

Keçən ilin oktyabr ayında Yasamal rayonunda 6 yaşlı Dəniz Qəhrəmanovanın ölümündə təqsirləndirilən tibb bacısına hökm oxunub.

Mediatv.az-ın məlumatına görə, Yasamal Rayon Məhkəməsində yaşadığı evdə tibb bacısı kimi xidmət göstərən 1959-cu il təvəllüdlü İ.Quliyeva Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Məlum olub ki, onun tibbi təhsili yoxdur. Belə ki, İ.Quliyeva 1989-cu ildə Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi Kitabxanasının nəzdindəki bir illik “Sağlamlıq və ilk tibbi yardım” kursunu bitirib və yaşadığı ərazidə insanlara tibbi xidmət göstərib.

Keçən ilin 13 dekabrında isə İ.Quliyevanın Yasamal rayonunda yaşadığı evin qonşuluğunda yaşayan ailə uşaqlarının qrip olduğunu bildirərək ona antibiotik vurmasını xahiş edib. Saat 22:30 radələrində səyyar tibb bacısı ailənin 10 yaşlı oğluna və 6 yaşlı Dənizə sınaq etmədən “Seftriaksion 500 mg” iynəsi vurub.

Oğlanda hər hansı neqativ reaksiya olmasa da, 10-15 dəqiqə sonra Dəniz şoka düşüb. Tibb bacısının antibiotiklərlə bağlı şoka qarşı pereparatı olmadığından uşağa dərhal yardım göstərilməyib. Təxminən 1 saat sonra azyaşlı Respublika Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Aprelin 19-da başa çatan məhkəmə prosesində azyaşlının ailəsi İ.Quliyevadan şikayətçi olmadığını bildirib.

Ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron nəzarət cihazı tətbiq edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025