Kriminal (1-08-2017, 14:13)
Bacısına SMS yazdığına görə 21 yaşlı gənci öldürən şəxsə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Mediatv.az Report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə zərərçəkmişin anasının onu bağışlaması və M.Hüseynovun azyaşlı olması cəzanın yüngülləşdirici hal kimi nəzərə alıb. Hökmü əsasən, hökmü ilə M.Hüseynov 5 il müddətinə azadlqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda “Memar Əcəmi” metrostansiyasının qarşısında baş verib. M.Hüseynovun valideynləri boşanıb. O, atası ilə, bacısı isə İmişli rayonunda anası ilə yaşayırmış.
İlkin məlumata görə, İmişliyə gedən M.Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. O, daha sonra başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb.
Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ə.Muxtrova yığıb və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ə.Muxtrov “Memar Əcəmi” metrostansiyasının qarşısında görüşməyə razılaşıb. Həmin zamanı tərəflər arasında mübahisə düşüb və M.Hüseynov onu bıçaqlayaraq öldürüb.
Onu da əlavə edək ki, M.Hüseynov Bakı Biz nes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.