Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (7-04-2020, 11:00)
Şəmkirdə qaynata evə od vuraraq oğlu və onun ailəsini yandırıb

 Şəmkir rayonunda yerli sakin ailədaxili münaqişə zəminində evini və orada yaşayan ailə üzvlərini yandırıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Vəli Əkbər oğlu Vəliyev özünə məxsus olan 5 otaqlı evə od vurub. Yanğın zamanı onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nüşabə Yaqubova, 32 yaşlı oğlu Əkbər Vəliyev, gəlini, 32 yaşlı Nərgiz Vəliyev, nəvələri 4 yaşlı Banu Vəliyev və 3 yaşlı Ömər Vəliyev evdə olub.
Yalnız 3 yaşlı Ömər evdən çıxarılıb. Digər ailə üzvləri müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım maşını və yaxınlarının avtomobilləri ilə öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.
Onlardan üçünün, oğlu, gəlini və nəvəsinin vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndəriliblər.
Ümumi sahəsi 200 kvadratmetr olan 5 otaqlı evin söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürlüb.
Qeyd edək ki, hadisəni törədən şəxs qaçıb. Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024