Dövlət tərəfindən uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi istiqamətində bütün tədbirlərin görüldüyünü vurğulayan başçı deyib ki, şəhidlərimiz ona görə öz canlarından keçdilər ki, bütöv Azərbaycanda gələcəyimiz olan uşaqlarımız təhlükəsiz şəraitdə yaşayıb böyüsünlər.
Şəhid ailələri də Azərbaycanda onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək buna görə canab Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
























