Cəmiyyət (23-01-2019, 10:14)
Füzulidə şəhid ailələrinə daima diqqət və qayğı göstərilir

Respublikamızda şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı özünü Füzuli rayonunda da göstərməkdədir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Füzuli rayonundan 700-ə yaxın şəxs şəhid olmuş, 181 nəfər isə itkin düşmüşdür. Bunlardan 6 nəfəri isə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bütün respublikamızda olduğu kimi Füzuli rayonunda şəhid ailələri dövlət təminatı ilə əhatə olunmuşlar, qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan istifadə edirlər. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında şəhid ailələrinə hər zaman diqqətlə, ehtiramla yanaşılır.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev də mütəmadi olaraq Milli qəhrəmanların və şəhidlərin ailə üzvləri ilə görüşlər keçirir, onların problemlərini dinləyir, əlamətdar günlərdə, Ramazan bayramı, Qurban bayramı, Yeni il və Novruz bayramlarında bu kateqoriyadan olan insanlara baş çəkir, mənəvi köməklik göstərir.
Şəhid ailələri ilə keçirilən görüşlərdə, aparılan söhbətlərdə Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlərdən razılıq ifadə olunur.
Füzuli rayonunda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş insanların şərəfli ömür yolu gənclər arasında təbliğ olunur. Bildirilir ki, hər bir Azərbaycan vətəndaşı öz şəhidlərini tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025