İqtisadiyyat (Bu gün, 10:59)
Mehdiyevlərin Bank BTB-si batır – “kassir” Rzanın başı dərddə
Bank BTB ASC-nin ləğvi və ya rəhbərliyində dəyişiklik gündəmə gəlib.Tribuna.az xəbər verir ki, bank sabiq PA rəhbəri Ramiz Mehdiyevin oğluna məxsusdur. Bunu bir müddət əvvəl özü açıqlayıb ki, bank oğlu Teymur Mehdiyevindir. Halbuki oğlu nazir müavini vəzifəsini tutub və qanunla biznes qurması qadağandır. İndi isə işdən azad olunub və bankın əlindən alınması ehtimalı yüksəkdir. Bank BTB ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir.
Maliyyə hesabatlarına görə, “Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Məlum olub ki, bu zərər ötən ilin eyni dövrünə nisbətən 30 % çoxdur.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Rza Sadiq onun qardaşıdır.
Məlumatlardan aydın olur ki, ailənin kapitalı hüquqi olaraq gəlində, faktiki idarəetmə isə quda xəttindən gələn Rza Sadiqin əlində cəmləşdirilib. Rza Sadiq Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika kafedrasının müdiri olmuş İsmayıl Sadiqovun oğludur.
İ.Sadiqov Nazirlər Kabinetində şöbə müdiri vəzifəsində də çalışıb.
Bu, klan idarəçiliyinin klassik modelidir: resurs ailədən kənara çıxmır, amma formal görünüşdə biznes kimi təqdim edilir.
Əgər Ramiz Mehdiyev illərlə siyasi “beyin” idisə, onun pullarını qoruyan və yönləndirən “əl” – Rza Sadiq idi.
Bu şəbəkənin tam açılması üçün indi növbəti mərhələ məhz həmin kapitalın izinə düşmək olacaq. Çünki siyasi toxunulmazlıq bitəndə iqtisadi toxunulmazlıq da uzun müddət davam edə bilməz.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025



























