Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (1-06-2021, 13:35)
Qida təhlükəsizliyini qorumalı olan AQTA vəzifəsinin öhdəsindən necə gəlir?

Qida təhlükəsizliyini qorumalı olan AQTA vəzifəsinin öhdəsindən necə gəlir?
Ölkədə qida təhükəsizliyi ilə bağlı problemlər mövcuddur və sağlam bazardan istifadə edə bilməyən istehlakçının hüquqları pozulmaqda davam edir.

Bu gün bazarda kifayət qədər keyfiyyətsiz məhsullar var və bunu müvafiq qurumlar özləri də təsdiq edir. Hazırda ölkədə qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Qida Təhlükəsiliyi Agentliyi(AQTA) fəaliyyət göstərir.

Bu günlərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Qida təhlükəsizliyi şöbəsinin mütəxəssisi Aynur Həsənova bildirib ki, kolbasa və sosiska məhsullarının gündəlik istehlakı insan sağlamlığı üçün zərərlidir. Kolbasanın insan orqanizminə başlıca zərəri (xüsusilə uşaqlar və yaşlılarda) əsasən tərkibindəki kanserogen maddələrlə əlaqədardır. Mütəxəssisin fikrincə, həmin maddələr insanda xərçəng xəstəliyinin yaranma riskini artırır. Bu zaman ilk təhlükə həzm sistemi orqanları, xüsusilə mədə və yoğun bağırsaq üçün yaranır.

Qeyd edəki ki, AQTA-nın əsasnaməsində təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olmuş, habelə bu cür hallara səbəb ola biləcəyinə əsaslı sübutlar olan, ölkədə istehsal edilən və ya ölkəyə idxal edilmiş qida məhsullarının dövriyyədən çıxarılması və qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər görülməsi nəzərdə tutulur.

Bu gün bazarlarda tərkibi soya yağından ibarət kərə yağı adı altında satılan yağlar, vaxtı keçmiş süd məhsulları, kustar üsulla istehsal edilən qənd, hələ də küçədə heyvan kəsimlərindən bəhs edilirsə, demək ki, problemlər hələ də öz həllini tapmayıb.

Əhalinin gördüyü bu nöqsanlarla bağlı bəzən AQTA özü də məlumat verir.

Bəs müvafiq qurumlar da mövcud vəziyyətdən şikayət edirsə, onu problemi kim həll etməlidir?

İqtisadçı-ekspert Eldəniz Əmirov bu sahədə hazırkı vəziyyətlə bağlı “Cümhuriyət” qəzetinə bildirib ki, AQTA-nın yaranmasının səbəbləri var:

"Belə ki, bu agentlik qida zəncirinin müxtəlif mərhələlərində kifayət qədər problemlərin mövcudluğu və bu sahə üzrə çatışmazlığın qaldırılması məqsədilə yaradılıb. Yarandığı gündən bu və ya digər formada işləri həyata keçirirlər. Tam qənaətbəxş olmasa da, bu agentliyin verdiyi hesabatlar və mətbuata olan açıqlamalarında görürük ki, fəaliyyətləri tədricən genişlənmək istiqamətində gedir. Vaxtaşırı müxtəlif formada yoxlamalar həyata keçirilir və müəyyən cərimələr tətbiq edilir. Qida təhlükəsizliyi sahəsində problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət mövcuddur. Ancaq bu fəaliyyət qəneedicidirmi? Qeyd etdiyim kimi, biz onların fəaliyyətində müşahidə edirik ki, nəsə var. Maarifləndirmə istiqamətində işlər görülür, məktəblilər, sahibkarlarla görüşlər keçirilir. Eyni zamanda, qanun pozuntusu aşkar olunduğu təqdirdə cərimə də tətbiq edilir.

Ancaq bu işlər görülsə də, nəticə etibarilə həmin agentlik yaranmamışdan əvvəl və hazırda istehlak bazarında qida məhsulları arasında desəm ki, ciddi bir fərq yoxdur.

Məsələn, bəzi vaxtlar olur ki, ət kəsimi məntəqələrində və bunabənzər yerlərdə ciddi nəzarət tətbiq edilir, müəyyən sanitar qaydalar həyata keçirilir. Bir müddət sonra isə görürsən ki, əvvəlki vəziyyətinə qayıtdı. Mən bir vətəndaş olaraq deyirəm ki, bəzi hallarda özüm bu cür yerlərdən ət aldığım zaman şikayətlənirəm. Bu, bəlkə də AQTA-nın kadr çatışmazlığı ilə bağlıdr, hər yerə çatmaq mümkün deyil. Ancaq reallıq budur ki, artıq sırf bu proseslərin icra olunması inzibati prosesdir. Düşünürəm ki, bu prosesin tənzimlənməsi üçün ya bu quruma əlavə səlahiyyətlər verilməlidir, ya da paralel olaraq hansısa bir formada tənzimlənməlidir”.

“İş görürlər, ancaq qənaətbəxş deyil”

Ekspert bildirib ki, hansısa iri ticarət mərkəzləri, supermarketlərdə ən tez xarab olan süd məhsulları var:

“Mən haşiyə çıxaraq qeyd etmək istəyirəm ki, məsələn, xama və yaxud kəsmik tez xarab olan məhsullardır. Şəxsən mən şahidi olmuşam ki, bu iki məhsul, əsasən də yay aylarında qida qəbulu üçün yararsız vəziyyətdə satılır. Mən bir neçə dəfə olub ki, geri qaytarmışam, bəzi hallarda evdə atmışıq. Bir istehlakçı olaraq onu görə bilirəm, ağız tamı ilə bunu müşahidə edə bilirik, ancaq elə məhsullar var ki, onlar qida üçün keyfiyyətsizdir, zərərlidir, ancaq biz onu ağız tamı ilə qəbul etdiyimiz zaman görtə bilmirik. Bunun öyrənilməsi, aşkar edilməsi üçün prosedurlar var və onlar hansı formada həyata keçirilir, necə ortadan qaldırılması mənim üçün qaranlıqdır. Mən birmənalı olaraq tənqid etmirəm, ölkədə fəaliyyət göstərən bu cür nazirliklər, agentliklər, qurumlar arasında AQTA bir neçəsinin fəaliyyətindən geri qalırsa, bir neçəsindən də yaxşıdır. Sadəcə olaraq mən obyektiv yanaşmağa çalışıram. İş görürlər, ancaq qənaətbəxş deyil. Çünki hazırda supermarketlər, ətkəsimi yerlərində də həmin vəziyyətdir".

“Həmin vaxt AQTA Rusiyaya demədi ki, siz düz demirsiniz”

İqtisadçının fikrincə, digər bir məsələ isə standartlarla bağlıdır:

"Reallıq budur ki, bu gün bizim bəh-bəhlə yediyimiz bəzi qidalar Avropada qadağan olunur. Məsələn, əvvəlki illərdə müşahidə etdik ki, bazarda satılan yerli fındıq ləpələri Avropaya ixrac olunarkən müəyyən qadağalarla qarşılaşdı. Bildirildi ki, onun tərkibində hansısa maddələr miqdarından artıqdır. Yaxud digər ölkələrdə başqa cür qəbul edilir, ancaq Avropa standartları başqadır. Bu standartlar qida texnoloqlarının müqayisəli təhlilini tələb edir. Yaxud digər məhsulu götürək, bir müddət öncə Azərbaycandan Rusiyaya pomidor ixracına qadağa qoyuldu. Rusiyada müvafiq qurum tərəfindən bunu səbəbini bildirdilər. Bir tərəfdən anlayırıq ki, bu, siyasi qərardır. Ancaq maraqlıdı, Rusiya əsaslandırır ki, pomidorda bir maddə var və buna görə də bizim bazara uyğun deyil. Həmin vaxt AQTA demədi ki, siz düz demirsiniz, bizim pomidorda qeyd etdiyimiz maddə yoxdur. Bunlar onu demədilərsə, artıq məlumdur ki, həmin problem var. Əgər bizdə də həmin problemin olduğu qəbul olunubsa, bəs daxili bazarda satışına niyə icazə verilir? Qida məsələsində standartlar belə, qəribədir. Bu prosesin hər birinə nəzarət uzun bir prosesdir. Məhsul istehsal olunur, emala göndərilir, daşınır, harada saxlanması, istehlakçıya necə təqdim olunması uzun bir prosesdir. Bu proseslərin hər biri çətin situasiyadır. Hər hansı birində standartların pozulması istehlakçının bu qidanı qəbulu zamanı problem deməkdir. Zaman- zaman bu agentlik qarşısına məqsəd qoysa, 2025-ci ilə kimi mövcud problemləri xeyli azaltmış olacaq. Çünki bu dövrə qədər olan müddətdə "Qida təhlükəsizliyini təmin edilməsinə dair 2019-2025-ci illər üçün dövlət proqramı" var. Bu proqrama əsasən müəyyən proseslər həyata keçirilir və problemlər müəyyən edilir ki, həmin problemlər həll mərhələsinə keçir".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024