Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-12-2019, 15:00)
Qoşqar Təhməzli: Ölkədə ən vacib məsələlərdən biri qida təhlükəsizliyidir

 Ölkədə ən vacib məsələlərdən biri qida təhlükəsizliyidir. Ölkə başçısının müvafiq fərmanı ilə il yarıma yaxındır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini öz fəaliyyətinə başlayıb.
Mediatv.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi seminarında deyib.
O bildirib ki, Agentliyin tabeliyində Prezidentin müvafiq fərmanı ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu fəaliyyət göstərir.
“Qida təhlükəsizliyi üç əsas istiqaməti özündə cəmləşdirir. Birincisi və ən vacibi əhalinin sağlamlıq göstəriciləridir, ikinci vacib məsələ ölkədə qida məhsullarının ixrac potensialının artırılmasıdır. Yəni əgər məhsulun təhlükəsizlik göstəriciləri yüksək səviyyədə olarsa, o artıq məhsulun etibarlılığının artırılması deməkdir.
Üçüncü vacib məsələ qida məhsullarının sağlam rəqabət mühitinin yaradılmasıdır. AQTA yarandığı ilk gündən qida təhlükəsizliyi məsələlərinə əməl edən, Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində irəliləyən sahibkarların yanındadır.
Agentliklə müxtəlif sahibkarlıq subyektləri arasında müxtəlif formatlarda görüşlər keçirilib. Eyni zamanda, sahibkar üçün təlimlər təşkil edilib. Həmin təlimlər zamanı 20-yə yaxın qida təhlükəsizliyi ilə bağlı mövzu seçilərək 2500-dən çox sahibkar bu təlimlərə cəlb olunub”.
Q.Təhməzli bildirib ki, Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 19 laboratoriya analitik ekspertiza mərkəzinin nəzdində fəaliyyət göstərir.
“Həmin laboratoriyalar beynəlxalq akkreditasiyadan keçiblər. Onu da qeyd edim ki, aparılan monitorinqlər nəticəsində belə bir rəy formalaşdı ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu postsovet məkanında ən mükəmməl göstəricilərilərə malikdir.
Eyni zamanda, peşəkarlıq göstəricilərinə görə Qida Təhlükəsizliyi İnstitutu xüsusi yer tutur. İnstitutun verdiyi rəylər dünyanın ən aparıcı qurumları tərəfindən tanınır”.
Sədr bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayan dövrə qədər Avropa İttifaqına ixrac zamanı təqribən bir il ərzində 36 nəqliyyat vasitəsi geri qaytarılıb.
“Agentlik fəaliyyətə başlayandan sonra ölkədən ixrac olunan fındığın altı nəqliyyat vasitəsi geri qaytarılıb. Onların dördündə təhlükəsizlik göstəricilərilərində problem olub, digər ikisində isə nəqliyyat sənədlərində uyğunsuzluq olub”.
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024