Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (18-05-2021, 16:13)
Sabiq müstəntiq məhkəmə zalında həbs edildi


Tarix: Bu gün, 15:34 | Çap et
Sabiq müstəntiq Müşfiq Abbasov məhkəmə zalında həbs edildi
Sabiq müstəntiq hakim qarşısına çıxarılıb. Ona cəza kəsilib və məhkəmə zalında həbs edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən M.Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş M.Abbasov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, son proseslərdən birində şahid qismində Vüqar Əsədov dindirilib. V.Əsədov hazıda məhkumluq həyatı yaşayır. O, dələduzluqda təqsirli bilinib.

V.Əsədov söyləyib ki, Penitensiar Xidmətin sabiq əməkdaşı olub, 2016-cı ildə bir neçə şəxslə birgə dələduzluqda ittiham edilib və cinayət işinin ibtidai istintaqını hazırda təqsirləndirilən M.Abbasov aparıb:

“Müşfiqi də həmin dövrdən tanıyıram. Mənə iş üzrə 89 min manat ittiham irəli sürülmüşdü. Mən isə ittihamla razılaşmadım. Çünki məbləğ az idi, həbs edildim. Həbsdə olanda Müşfiq qohumlarıma deyib ki, 17 min manata işə xitam verdirəcək. Mən razılaşmadım, bilirdim ki, alınmayacaq. Həbsdə olanda Müşfiq bircə dəfə yanıma gəldi, onda da qeyd etdi ki, razılıq verim, pulu qohumumdan alsın. Sonra qohumum ona 17 min manat pul verdi, mən də azadlığa çıxdım. Həmin pulu da guya zərərçəkmişə verib. Müşfiq yalandan dedi ki, mən həmin cinayət işində şahidəm, işimə xitam verilib. Hər dəfə məni aldadırdı.

Həmin cinayət işi məhkəməyə gəldi, mən də təqsirləndirilən şəxs qismində tanındım. Bu iş üzrə də məhkumluq həyatı yaşayıram. Həmin vaxt Müşfiq həbsdə idi. Hətta vəkili vasitəsi ilə məndən xahiş etdi ki, yalandan ərizə yazım. Bu ərizəyə görə azadlığa çıxmaq istəyirdi, rədd etdim”.

V.Əsədovun sözlərinə görə, M.Abbasov onun qohumundan pul alan zaman vəzifədə olan məmurların adından istifadə edib.

Qeyd edək ki, M.Abbasov dələduzluq və rüşvət verməyə təhriketmə əməllərində təqsirləndirilir.

İttihama görə, M.Abbasov 12 iyun 2014 tarixindən 11 sentyabr 2017-ci il tarixinə kimi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik edib.

Xatırladaq ki, M.Ababsov 11 sentyabr 2017-ci ildə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarindan xaric olunub. Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə dələduzluq, vəzifə səlahiyyətlərini aşma cinayətlərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. Hökmlə ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilmişdi.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024