Sosial / Slayd (16-11-2014, 22:26)
Nailiyyətlərini artıran Neftçala rayonu daha əhəmiyyətli tədbirlərə meydan olacaqdır
2014-cü iln artıq tarixə çevrilmiş ötən aylarına nəzər salanda , neftçalalıların yaddaşında silinməz iz buraxan ən mühüm ictimai-siyasi hadisə kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Neftçalaya səfəri xatırlanır. Belə ki, 28 may 2014-cü il tarixində cənab Prezident rayona səfəri zamanı bir neçə inzibati və sosial əhəmiyyətıli obyektlərin açılışında iştirak etmişdir. Həmin səfər cənab Prezident xalqımızın Ümummilli lideri Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoymuş, sonra Heydər Əliyev Mərkəzinin açılışında iştirak edərək orada rayon ictimaiyyətinin bir qrup üzvləri ilə görüş keçirmişdir. Səfərinin sonunda cənab İlham Əliyev rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmiş, Kür çayı sahilində istifadəyə verilən park-bulvar kompleksində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur. Cənab Prezidentin Neftçalaya səfəri, həmçinin rayonun abadlığı və inkişafı ilə əlaqədar imzaladığı 29 may 2014-cü il tarixli sərəncamları rayon sakinlərinin sevincinə səbəb olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı hörmətli cənab İsmayıl Vəliyevin rəhbərliyi altında tərəqqipərvər Neftçala vətəndaşları da dövlətimizin, onun başçısınmın qayğılı münasibətinə cavab olaraq, zəhmət cəbhəsində uğurlara imza atır, öz rayonlarının, ümumiyyətlə, respublikanın tərəqqisinə əhəmiyyətli töhfələr verirlər.
Maliyyə göstəriciləri yaxşılaşır, maliyyə intizamına riayət edilir
2014-cü il üçün rayonun yerli gəlirləri 5 milyon 104,0 min manat, xərcləri isə 16 milyon 323,0 min manat təsdiq olunmuşdur. 2014-cü ilin doqquz ayında büdcəyə 3 milyon 669,9 min manata qarşı 3 milyon 771, 1 min manat vəsait daxil olmuş və ya 101,1 faiz icra olunmuş, yerli xərclər 12 milyon 271,5 min manata qarşı 11 milyon 302,4 min manat və ya 92,1 faiz icra olunmuşdur.
Cari ilin doqquz ayında əhalinin nominal pul gəlirləri 40 milyon 544,0 min manat olmuş, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artmışdir. Adambaşına düşən pul gəlirləri 4,1 faiz artaraq 485,0 manat olmuişdur. Rayon üzrə hər bir işçinin orta aylıq əmək haqqı 268,0 manat təşkil edir. Bu isə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çoxdur.
Ilin əvvəlindən əhaliyə 118,9 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 6,5 faiz artaraq 100,8 milyon manata, pullu xidmətlərin həcmi 4,8 faiz çoxalaraq 16,0 milyon manata, iaşə xidmətlərinin həcmi 11,5 faiz artaraq 2,1 milyon manata çatmışdır.
Əlbəttə, iqtisadiyyatın inkişafı maliyyə intizamına ciddi riayət olunmasını tələb edir. Maliyyə mütəxəssisi Rəşid Manafovun rəhbərlik etdiyi Neftçala rayon Maliyyə İdarəsi bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlir. Belə ki, xərclərin icrası zamanı vəsaitlər birinci növbədə müdafiə oilunan xərc maddələrinin icrasına yönəldilib. Şəhərdə uçot işləri təlimata uyğun qurulub. “Milli mühasibat uçotu standartları və yeni hesab planı” üzrə təlimatlar büdcə təşkilatlarına paylanıb. Təftiş və yoxlamalar zamanı aşkar edilmiş nöqsanlar aradan qaldırılır. Rayon Maliyyə İdarəsi daxil olmuş vəsaitin büdcə təsnifatına uyğun ödənilmə ardıcıllığının gözlənilməsini, təyinatı üzrə səmərəli xərclənməsini təmin edir.
Sosial müdafiə tədbirləri gücləndirilir
01 oktyabr 2014-cü il tarixdə pensiya və müavinət alanların sayı 13501 nəfər, ünvanlı dövlət soial yardımı alanların sayı 1056 ailə olmuş, 145 kimsəsiz, ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. 2014-cü ilin doqquz ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 nəfər müharibə əlilinə pulsuz avtomobil verilmişdir.Zaur müəllimin rəhbərlik etdiyi Neftçala Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ona həvalə edilmiş səlahiyyətlər çərçşivəsində başqalarının köməyinə ehtiyacı olan tənha ahıllara və əmək qabiliyyəti olmayanların (əlillərin) aşkar edilməsi, sosial məişət xidmətinə götürülməsi və onların sosial müdafiəsi üzrə tədbirlərin görülməsini , müavinətlərin, sosial yardımların qanunvericilikdə təsdiq
olunmuş qaydada düzgün təyin edilməsi və aidiyyəti ödəniş müəssisələri vasitəsi ilə təyinatı üzrə vaxtında ödənilməsinə nəzarətin həyata kieçirilməsini,vətəndaşlara müavinət, sosial yardım və digər ödənişlərin təminatı olan sənədlrin əldə edilməsində və bu təşkilatlar haqqında əhalinin məlumatlandırılması, aztəminatlı vətəndaşların sosial müdafiəsi sahəsində ictimai təışkilatlar və yerli icra hakimiyyəti orqanları ilə birlikdə fəaliyyət göstərilməsi vəzifəsini uğurla həyata keçirir.
Eyni zamanda, Mərkəz əlillərə qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyaların və digər müavinətlərin ödəniməsini, əlillər və digər imtiyazlı şəxslər üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq vəsiqələrin verilməsi məqsədi ilə lazımi sənədlərin toplanmasında onlara köməklik edir. Müəyyən olunmuş qaydada pensiyaçıların və əlillərin sanatoriya-kurort göndərişləri ilə təmin olunması üzrə iş aparır. Səhiyyə orqanları və digər əlaqədar təşkilatlara birgə başqalarının köməyinə ehtiyacı olan tənha ahılları və əmək qabiliyyəti olmayanları aşkar edir. Onları sosial- məişət xidmətinə götürür, zəruri halda internat evlərinə göndərilməsini təşkil edir.
DSMF fəaliyyətini günün tələbləri səiviyyəsində qurur
Zəfər Nağıyevin rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon Şöbəsi rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçota alınmasını, onlardan məcburi dövlət sosial sığorta haqlarının toplanmasını, daxil olan vəsaitlərin uçotunun aparılmasını., eləcə də qanunda nəzərdə tutulmuş digər tədbirləri müvəffəqiyyətlə həyata keçirir. Eyni zamanda, vətəndaşlara pensiya və pensiyalara əlavə olunan müavinət təminatı ilə əlaqədar olaraq müraciətlərinə baxılmasını, pensiyaların təyin edilməsini, eləcə də pensiyaçılara pensiya və müavinətlərin ödənilməsini təmin edir. Şöbə tərəfindən hər bir sahibkarın, eləcə də onların işçilərini, pensiyaçıların fərdi uçot sistemində qeydiyyata alınmasını, onlar barədə məlumatın vahid informasiya bazasına işlənməsini həyata keçirir.
Əhaliyə səhiyyə xidmətinin keyfiyyəti yüksəlir
Telman Zahidovun rəhbərlik etdiyi Neftçala Mərkəzi Rayon Xəstəxanasında əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. 2014-cü ilin 9 ayında MRX-nın xidmət ərazisi üzrə 706 hamilə qeydiyyata götürülmüş, 696 körpə doğulmuş, tibbi əks göstərişlər istisna olmaqla doğulan körpələrin 99,9 faizi doğum evlərində yoluxucu xəstəliklərə qarşı peyvənd olunmuşdur. 0-1 yaşda uşaq ölümü azalaraq 4,3 promilli olmuşdur ki, respublika üzrə bu göstərici 9,9 promillidir. 9 ay ərzində 411 uşaq üçün elektron sağlamlıq kartı alınmış və uşaqların sağlamlıq vəziyyətini əks etdirən bütün tibbi məlumatlar həmin kartlara yüklənərək Səhiyyə Nazirliyinin ümumi lokal bazasına yerləşdirilmişdir.
Rayon üzrə 0-14 yaşda olan uşaq kontingentinin sayı 16812 nəfər olmuşdur. Bu kontingentə aparılan vaksinasiya və immunizasiya tədbirləri planı 99,1 faiz yerinə yetirilmişdir. Ötən dövrdə rayon üzrə uşaqlar arasında difteriya, göyöskürək, polimielit, tetanus, qızılca kimi yoluxucu infeksion xəstəliklər qeydə alınmamışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa əsasən fevral ayının 17-dən Respublika əhalisinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılmış, rayon ərazisində əhalinin tibbi müayinədən keçirilməsini təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə komissiya yaradılmış, qrafik tərtib edilmişdir. Fevral ayının 17-dən may ayının 1- dək rayonun 52 yaşayış məntəqəsində yaşayan 67268 nəfər bu müayinələrdən keçmişdir ki, bunun 12050 nəfərini uşaq kontingenti təşkil etmişdir. Bu müayinələr nəticəsində 21 nəfər ilkin şəkərli diabetli, 6 nəfər diffuz toksiki zoblu xəstə aşkar olunmuş, 589 nəfər dispanser müşahidəyə götürülmüşdür. 2523 nəfər ambulator, 52 nəfər stasionar müalicəyə cəlb olunmuş, 79 nəfər isə Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə daha ixtisaslı müayinə və müalicə üçün göndərilmişdir.
Həmçinin iyun ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Milli Onkologiya Mərkəzinin yüksək ixtisaslı həkim mütəxəssislərindən ibarət səyyar həkim briqadası onkoloji xəstəliklərin erkən aşkar olunması məqsədilə rayonda müayinələr aparmışdır. Müayinələrdən keçənlərin ümumi sayı 1051 nəfər
olmuşdur. Bu müayinələr nəticəsində 16 nəfərdə bu və ya digər onkoloji patologiyalar aşkar olunmuş, onlara daha ixtisaslı müayinə və müalicə aparılması üçün Milli Onkologiya Mərkəzinə göndəriş verilmişdir.
Neftçala RMX-nın keçən ilin avqust ayından başlayan əsaslı təmiri bu il də davam etdirilmişdir. Belə ki, ötən müddət ərzində polikilinika, doğum, yoluxucu xəstəliklər, uşaq, terapiya korpuslarında dam örtükləri əsaslı təmir olunmuş, həmin korpusların xarici və daxili divarlarında suvaq işləri başa çatdırılmış, istilik, su, kanalizasiya xətlərinin çəkilişinə başlanılmışdır.
Suvarma suyu ilə təminat yaxşılaşdırılır
Neftçala rayonunun Xol zonasında 17000 hektardan yuxarı suvarılan əkin sahələrinin suvarma suyu ilə tam təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Respublika rəhbərliyinin yaxından köməkliyi ilə Kür çayından Xol zonasına 25 km uzunluğunda “Neftçala magistral kanalının nasos tansiyası ilə birlikdə tikintisi “nə 2006-cı ildən başlanılmışdır. Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbatycan Respublikasında “Əhalinin ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı”na daxil edilmiş, kanalın bu illər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuş, bununla əlaqədar 2006-cı ildən hal-hazıradək kanalın tikintisinə 10,9 milyon manat vəsait sərf olunmuşdur. Kanalın tikintisi aparılan ərazidə iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulmuşdur.
Bütün bunlarla yanaşı,Elçin Əsədovun rəhbərlik etdiyi Neftçala rayon Suvarma Sistemləri İdarəsi də fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir, meliorasiya fondlarının qorunmasını və istismarını təmin edir. Cari ilin doqquz ayında 394 km suvarma kanalları, 153,7 km kollektor –dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 56 ədəd, kollektor-drenlərdə 50 ədəd hidrotexniki qurğular və aqreqatlar əsaslı və cari təmir edilmişdir.
İnsanların mühüm rifah göstəricisi olan mədəni tələbatları ödənilir
Neftçala rayonunda insanların mədəni ehtiyaclarının ödənilməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Rayon Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyət dairəsini Mədəniyyət və İncəsənət Sarayı, rayon Mədəniyyət Evi, 11 mədəniyyət evi, 19 klub, 52 kitabxana, Uşaq İncəsənət Məktəbi, Heydər Əliyev Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, Tarixi Abidələrin Mühafizəsi və H.Cavid adına mədəniyyət və istirahət parkı təşkil edir.
Əlamətdar və bayram günləri, tarixi hadisələr və yubileylərlə bağlı şöbə və onun müəssisələri hazırladıqları iş planlarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirirlər. Tədbirlərin daha baxımlı olması üçün vətəndaşların səy və təklifləri hər dəfə nəzərə alınır, tədbirin təbliğatına, bədii tərtibatına, tamaşaya dair sərgilərin; fotostendlərin və bəzi məlumatların hazırlanmasına ciddi fikir verilir. Keçirilən tədbirlərdə texniki vasitələrdən geniş istifadə olunur, kinofilmlərdən, sənədli filmlərdən parçalar nümayiş etdirilir. Hər bir tədbirdə vətənpərvərlik tərbiyəsi və adət-ənənələrimizin təbliği, milli dəyərlərimizin inkişafı və qorunub saxlanılması əsas məqsəd kimi qarşıya qoyulur.
Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xidmət edən metodik vəsait şöbə tərəfindən hazırlanıb və icra üçün bütün mədəniyyət müəssisələrinə paylanıb. Eyni zamanda, rayon ərazisində yerləşən «N» saylı hərbi hissənin əsgər və zabitlərinin asudə vaxtlarının səmərəli keçməsi üçün özfəaliyyət kollektivləri istirahət günləri və bayramlarda hərbiçilərin qarşısında geniş konsert proqramı ilə sçıxış edirlər.
Rayonun mədəniyyət müəssisələri klub işinin müxtəlif forma və metodlarından istifadə edərək əhali ilə müxtəlif söhbətlər və görüşlər aparmaqla dövlət siyasətinin təbliğini həyata keçirir.
***
Beləliklə, neftçalalılar 2014-cü ilin 9 ayını ürəkaçan nailiyyətlərlə başa vurmuşlar. Ümid etməyə dəyər ki, ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan Neftçala rayonu qarşıdakı dövrdə də əhəmiyyətli tədbirlərə meydan olacaqdır, zəhmətkeş Neftçala vətəndaşları da çox hörmətli cənab İsmayıl Vəliyevin başçılığı altında nailiyyətlərinin sırasını artıracaqlar.