Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd (4-05-2014, 22:40)
İsmayıllı rayonu sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur

Aprel ayının ilk gününü İsmayıllı rayonunun tərəqqipərvər vətəndaşları üçün xoş xəbərlə qarşıladılar. Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Ruşan-Qalıncaq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı. Sərəncama əsasən, 4 min nəfər əhalinin yaşadığı 5 yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Ruşan-Qalıncaq avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,4 milyon manatı ayrılıb.

Bu və rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə daha əvvəl qüvvəyə minmiş sərəncamlar həqiqətən də İsmayıllı rayonunda bütün sahələr üzrə inkişaf meyllərini gücləndirmiş, şəhər və qəsəbələrin abadlaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Dövlət qayğısının təzahürü olan bu sərəncamlar həmişə böyük alqışla qarşılanır və xalq-hakimiyyət birliyinin növbəti dəfə təsdiqi kimi çıxış edir. keçən il avqust ayının 14-də Prezident İlham Əliyevin İsmayıllıya səfəri zamanı bu birlik bir daha özünü büruzə verdi. İsmayıllı vətəndaşlarının yaddaşında unudulmaz hadisə kimi qalan həmin səfər zamanı cənab Prezident rayonda gedən genişmiqyaslı tikinti-quruculuq və iqtisadiyyatın inkişafı ilə bağlı görülən işlərlə yaxından tanış oldu, bir sıra obyektlərin açılışında iştirak etdi, rayonu inkişaf etdirmək, insanların həyatına zənginlik gətirmək, onların məşğulluğunu artırmaq, tikinti-quruculuq işlərini əsaslı şəkildə davam etdirmək barədə tövsiyə və tapşırıqlarını verdi. Bu işləri sürətləndirmək məqsədilə 15 avqust 2013-cü il tarixli sərəncamla Azərbaycan Respublikası Prezident Fondundan 2 milyon manat vəsait ayrıldı. Məhz həmin vəsait və digər maliyyə mənbələri hesabına rayonda tikinti-abadlıq, quruculuq işləri geniş miqyas almış, infrastrukturun yeniləşməsi sahəsində müsbət addımlar atılmışdır.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Seyidov və rayonun tərəqqipərvər vətəndaşlarının səyi ilə «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqrammı»nın İsmayıllı rayonuna aid vəzifələri uğurla yerinə yetirilmiş, nəzərdə tutulan 17 tədbirdən 11 tədbirin icrası tam, 4 tədbirin icrası, qismən təmin olunmuşdur.

 

İqtisadiyyatın güclənməsi rayonun büdcəsinə də müsbət təsir göstərmişdir

 Maliyyə mütəxəsisi Radim Müslümovun rəhbərlik etdiyi İsmayıllı rayon maliyyə idarəsində büdcə siyasətinə düzgin riayyət olunur.

İsmayıllı rayon Maliyyə İdarəsindən aldığımız məlumata görə, 2013-cü ildə rayon büdcəsinin gəlirləri 19 milyon 715 min 884 manata qarşı, 19 milyon 624 min 499 manat icra olunmuşdur. Büdcə gəlirlərinin icrası 99,5 faiz təşkil etmişdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 15 milyon 39 min 884 manat plana qarşı 14 milyon 705 min 700 manat 98 faiz icra edilmişdir. Yerli mənbələrdən daxilolmalar 4 milyon 676 min manata qarşı, 4 milyon 918 min 799 manat, yaxud 242 min 799 manat çox olmuşdur ki, bu da 105 faiz təşkil etmişdir.

Rayonun 2014-cü il üçün büdcəsi gəlirlər və xərclər bərabər olmaqla 21 milyon 28 min manat məbləğində təsdiq edilmişdir.

2013-cü ildə əvvəlki illə müqayisədə orta aylıq əmək haqqı 9,4 faiz artaraq 242 manata çatmışdır. Ümumi məhsul buraxılışı 155 milyon 440 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 21 milyon 843 min manat çoxdur. Ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun payı artmış, əsas kapitala investisiya qoyuluşu 36 milyon 691 min 700 manat və ya 2012-ci illə müqayisədə 19 milyon 765 min 600 manat çox olmuşdur. 18 milyon 598 min 400 manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu göstərici 2012-ci ildə cəmi 3 milyon 403 min 500 manat təşkil etmişdir.

 

Ölkədə aparılan sosial siyasət İsmayıllıda da uğurla davam etdirilir

 

Sosial sahədə ölkədə aparılan siyasət 2013-cü ildə də uğurla davam etdirilmişdir. Kamran Muradovun rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Rayon Şöbəsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb olunması daha da gücləndirilmişdir. 62 hüquqi şəxs, 712 fiziki şəxs və 1011 nəfər pay torpaq mülkiyyətçisi uçot qeydiyyatına alınmışdır. 2014-cü ilin əvvəlinə uçot qeydiyyatında olan hüquqi şəxslər 554, fiziki şəxslər 2304, pay torpaq mülkiyyətçiləri 8429 nəfər təşkil etmişdir. 2013-cü il ərzində məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə proqnoz tapşırıq tam yerinə yetirilmiş, 3 milyon 867 min 7 yüz manat vəsait toplanmışdır.

Rayonda əmək pensiası alanların ümumi sayı 13595 nəfərdir. 2013-cü ildə «Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2013-c il 04 fevral tarixli 2692 nömrəli və «Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında» 2013-cü il 27 avqust tarixli sərəncamlarının icrası ilə əlaqədar pensiyaları aylıq artım məbləği 210 min 556 manat təşkil etmişdir. Orta aylıq pensiya məbləği ilin əvvəlində olan 139,67 manatdan 158 manata çatdırılmışdır. 2013-cü il ərzində əmək pensiyaçılarına 23 milyon 543 min 900 manat, digər müavinətlərin ödənilməsinə isə 350 min 500 manat vəsait xərclənmişdir. Respublika Fondundan pensiyaların ödənişinin maliyyələşdirilməsi üçün 20 milyon 415 min manat vəsait götürülmüşdür ki, bu da ödənilmiş pensiya məbləğinin 85,4 faizini təşkil edir. Ödənişin qalan 3 milyon 128 min 900 manatı və ya 14,6 faizi yerli daxilolmalar hesabına reallaşmışdır. Hesablanmış aylıq pensiya məbləğinin vaxtında pensiyaçılara çatdırılması təşkil edilmişdir.

 

Məktəb tikintisi sahəsində xeyli irəliləyişlər olmuşdur

 

Müdri və  Yeniyol tam orta məktəbləri və Mücü kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik, Pirədilqasım ibtidai məktəbi üçün 40 şagird yerlik bina tikilərək şagirdlərin ixtiyarına verilmişdir. Burada yeni infrastruktur layihələrinin icrasında yalnız büdcədə nəzərdə tutulmuş vəsaitlə kifayətlənmir, inkişaf etmiş xarici dövlətlərin, beynəlxalq maliyyə qurumlarının, qeyri-hökumət təşkilatlarının, imkanlı iş adamlarının dəstəyindən də istifadəyə diqqət yetirilir. Üç ildən artıqdır ki, Yaponiyanın İto şəhəri ilə rayon arasında dostluq, qardaşlıq əlaqələri yaradılmışdır. Bu münasibətlərin nəticəsi olaarq, Yaponiya dövlətinin dəstəyi ilə Ruşan, Buynuz kəndlərində məktəb, Zoğallıq kəndi və İsmayıllı şəhərində uşaq bağçası tikilib istifadəyə verilmişdir.

İsmayıllı ilə İto şəhəri arasında sazişlə təsdiqlənmiş, dostluq əlaqələri təsil sahəsində də inkişaf etdiriləcəkdir.

Bunlardan başqa, ötən il Qalıncaq kənd orta məktəbi üçün 360; Şəbiyan kəndində 80 şagird yerlik məktəb binasında inşaat işləri davam etdirilmişdir. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci üçün bütün infrastruktura malik binanın inşasına da başlanılmışdır.

Təcrübəli pedaqoq Rasim Orucovun rəhbərlik etdiyi rayon təhsil şöbəsi rayonun təhsil müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün bütün imkanlardan istifadə edir və bu vəzifənin öhdəsindən layiqincə gəlir. İsmayıllı məktəblərində təhsilin bütün kamponentləri üzrə irəliləyişlərə nail olunmuşdur. Gözlənilir ki, sona yaxınlaşmaqda olan 2013-2014-cü tədris ili də İsmayıllılar üçün uğurlarla yaddaqalan olacaqdır. 

 

İsmayıllılar pulsuz müayinədən razılıq edirlər

 

Sağlam həyat tərzinin təmin edilməsində əhalinin tibbi müayinədən keçirilməsi həlledici əhəmiyyət kəsb edir. bu vacib işin təşkili üçün İsmayıllı RİH başçısının 14 fevral 2014-cü il tarixli sərəncamı ilə təşkilat komitəsi yaradılmış, 16 yerdə keçiriləcək tibbi müayinənin təşkili üçün işçi qruplarının tərkibi təsdiq edilmişdir. Müayinə aparılacaq səhiyyə müəssisələrindən Tircan, Qalıncaq, Qubaxəlilli, Basqal, Talıstan həkim məntəqələrinə Rayon Mərkəzi Xəstəxanasından mütəxəssislər göndərilmişdir. RİH-nin Mərkəzi Xəstəxana ilə birgə tərtib etdiyi qrafikə əsasən tibbi müayinə işçi qruplarının təşkilatçılığı ilə mütəşəkkil keçirilir. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri namizədi Aftandil Rəhimovun verdiyi məlumata görə, hər iş gününün sonunda 16 işçi qrupunun rəhbərlərinin təşkilat komitəsi üzvlərinin iştirakı ilə RİH başçısı Mirdamət Sadıqov tibbi müayinənin yekunlarını müzakirə edir, lazımi göstərişlər verir.

Lahıc qəsəbəsi və İvanovka kəndinin hər birində 15 çarpayılıq kənd sahə xəstəxanası, Tircan, Topçu kəndlərində həkim məntəqəsi tikilərək müasir tibbi avadanlıqlarla təchiz olunub istifadəyə verilmişdir. Yaponiya səfirliyi Qalacıq kəndində həkim məntəqəsi inşa etmişdir. Mərkəzi Xəstəxanada təmir işləri davam etdirilir.

 

İsmayıllı bütün dövrlər üçün Azərbaycanın mədəniyyət paytaxtıdır

 

İsmayıllı rayonu respublikamızın ən qədim mədəniyyət və turixm ocaqlarından hesab olunur. Eramızın əvvəllərinin və orta əsrlərin yadigarları olan, Girdiman dövlətini idarə edən Mehranilər sülaləsinin görkəmli dövlət xadimi Cavanşirin adına qala, həmçinin Qız, Qasımxan, Niyal, Mustafaxan qalaları və digər tarixi abidələr xalqımızın qəhrəman keçmişindən xəbər verir. Bu abidələr forma zənginliyi və estetik təsir gücü ilə səciyyələnir.

İsmayıllıda 13 mədəniyyət evi, 24 klub, 60 kitabxana, 1 uşaq incəsənət məktəbi, Lahıc və Basqal tarixi mədəniyyət qoruqları, rayon və Lahıc Tarix Diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Mərkəzləşmiş Kitabxana Sisteminin inzibati binasında, Uşaq İncəsənət Məktəbində, Mollaisaqlı kənd Mədəniyyət evində kitabxanada, Qubaxəlilli kənd mədəniyyət evində, Diyallı kənd mədəniyyət evi və kitabxanasında, Quşencə kənd kitabxanasında əsaslı təmir işləri aparılıb.

Rayona, xüsusilə də Lahıca gələn turistlərin sayı ildən-ilə nəzərəçarpacaq dərəcədə artmaqdadır. Son illərdə İsmayıllı şəhərində, Qaraqaya, Sumağallı kəndlərinin yaxınlığında, Mican kəndi ərazisində və digər yerlərdə çoxsaylı istirahət mərkəzləri və kompleksləri tikilib istifadəyə verilmiş, yeni turizm marşrutları müəyyənləşdirilmişdir. Lahıcda kiçikhəcmli xalçaların və suvenirlərin istehsalının çoxaldılması nəzərdə tutulmuşdur. Azər Abbasovun rəhbərlik etdiyi rayon mədəniyyət və turizm şöbəsinin kollektivinin, rayonun mədəniyyət işçilərinin göstərdikləri xidmətin səviyyəsi get-gedə artmaqda olan xarici turistləri layiqincə qarşılayacaq səviyyədədir. Xatırlatmağa dəyər ki, İsmayıllı rayonu 2011-ci ildə «Azərbaycanın mədəniyyət paytaxtı» elan olunmuşdu. Əminliklə demək olar ki, bu sözlər indi də qüvvədədir, sonrakı illərdə də qüvvədə olacaqdır.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024