Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (11-04-2021, 18:57)
Aztelekom MMC-dən şikayət var

 



Aztelekom MMC-nin Çağrı Mərkəzinin təmsilçisi Rəşidzadə Səbinə qanunsuz şəkildə işinə xitam verilməsi ilə əlaqədar Mediatv.az-ın elektron poçtuna şikayət məktubu ünvanlayıb.Şikayətçi yazır:
25 ildir rabitə sahəsində fəaliyyət göstərirdim.İşdən azad olunmağımın  rəsmi səbəbi uzun illərdir ki,müddətsiz şəkildə işlədiyim halda işçilərimizi və məni bir illik müqaviləyə məcburi şəkildə imza çəkdirmələri oldu. Qeyri-rəsmi səbəbi isə bizi  “Azərcell” şirkətinin təmsilçiləri ilə müqayisə edərək ,
onlardan geri qaldığımızı, avropa standartlarına uyğun gəlmədiyimizi misal çəkirdilər.Halbuki bizim əmək haqqımız azərsel əməkdaşlarının əmək haqları ilə müqayisə edilməyəcək qədər fərqlidir.Bizim əmək haqqımız uzun illərdir ki, 250 manat  təşkil edir.16.03.2021-ci il tarixində işimə xitam verilən zaman kommersiya departamentinin sektor rəislərinin hər birinin ayrı-ayrılıqda qəbulunda oldum.C.Elçin, Verdiyev Zaman və Məmmədli  Süleyman . Bu şəxslərə müraciət edərək, pandemiya ilə əlaqədar ailə üzvlərimdən bir tək  mənim işlədiyimi,  azyaşlı övladımın olduğunu nəzərə alaraq müqavilənin müddətini uzadılmasını xahiş etdim.Buna cavab olaraq işdən ayrılma səbəbim kimi 6500 işçi heyətinin olduğunu və bu çoxluğa görə işçiləri  əmək haqları ilə təmin edə bilmədiklərini əsas gətirdiklərinə baxmayaraq  vakansiya elan edərək  bizim şöbəmizə yeni kadrlar işə qəbul edilib. Bu bəhanə ilə yanvar ayından mart ayına qədər azad olunan işçilərdən üçüncüsü mənəm. Halbuki pandemiya zamanı fasiləsiz olaraq işləyən şöbələrdən biri məhz  bizim şöbə , yəni “ Çağrı Mərkəzi” idi. Hətta prezidentin sərəncamını nəzərə almayaraq pandemiya müddətində məni işdən azad etdilər.Mən uzun illərin rabitəçisi olduğum halda məni küçümsəyərək  xalça  sexində işləməyi məsləhət bildilər. Hətta Süleyman bəy :-sizlərə ayaqqabı geyinməyi də mən öyrəymişəm-dedi.Aztelekomun qanunsuz işlərindən biri də əmək müqaviləsində bizi təmsilçi kimi qeyd edib,texnik vəzifəsini də bizə icra etdirməyidir.Bunu yazıb işıqlandırmaqda məqsədim  Aztelekomdakı bu və bir çox özbaşınalıqların , ədalətsizliklərin dözülməz  olmasıdır.
Rabitə Nazirliyinə məktubla müaciət etdim və mənim müraciətimi ciddiyə almadıqları üçün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əlliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya,  prezident köməkçisi Hikmət Hacıyevə məktublar ünvanlamışam.Ümid edirəm ki, haqq-ədalət öz yerini tapacaq, işimə bərpa olunmaqda köməklik göstəriləcək.шаблоны для dle 11.2

Xəbər lenti
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
9 07 2025
9 07 2025