Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-03-2020, 14:20)
Son iki ayda özəl sektorda 19,1 min əmək müqaviləsi bağlanıb

 Qeyri-formal məşğulluğun qarşısının alınmasına və əmək münasibətlərinin leqallaşdırılmasına yönələn kompleks stimullaşdırıcı tədbirlərin müsbət nəticəsi kimi özəl sektorda bağlanan əmək müqavilələrinin sayında artım dinamikası davam edir.
Mediatv.az-a daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron sisteminin məlumatlarına əsasən, 2020-cu ilin yanvar-fevral aylarında özəl sektor üzrə 19,1 min əmək müqaviləsi bağlanıb.
Beləliklə, cari ilin əvvəli ilə müqayisədə həmin sektor üzrə əmək müqavilələrinin sayı 3 faiz artaraq 641,5 mindən 01 mart tarixinə 660,6 minə çatıb.
Xatırladaq ki, 2019-cu ildə də ölkə üzrə əmək müqavilələrinin sayında qeydə alınan 153 min artımdan 99 mini qeyri-dövlət bölməsinin payına düşüb.
İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı hüquqi təminat yaradır.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
23 05 2025