Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (11-02-2021, 10:12)
Koronavirus barədə yeni şayiələr dolaşır: Və problem ondadır ki... - AKTUAL

Koronavirus barədə yeni şayiələr dolaşır: Və problem ondadır ki...
Koronavirus haqqında məlumatlar hər gün yenilənir. Vaksinasiya yeganə çıxış yolu kimi görsənərkən, buna pararlel virusun mutasiya etmiş növlərinin dünyada yayılma xəbəri hər kəsi narahat edir. Hələlik mütəxəssislər əldə olan vaksinlərin virusun mutasiya etmiş növlərində də təsirli olduğunu deyirlər, amma insanlar arasında vaksinlə bağlı fikirlər də haçalanır. Bununla yanaşı, dünya ölkələrində müxtəlif formalarda tətbiq edilən karantin rejimlərinin də virusa yoluxma, ölümlə bağlı statistik göstəricilərdə müsbətə doğru təsirini müşahidə etmək mümkündür.

Ölkəmizdə karantin rejiminin yenidən yumşaldılması, ictimai-iaşə obyektlərinin açılması, təhsil ocaqlarında qismən və müəyyən qaydalar çərçivəsində ənənəvi təhsilin bərpa edilməsinə başlanılıb. Valideynlər təhsil ocaqlarında tədrisin bərpa edilməsini istəsələr də, virusla bağlı yayılan xəbərlər onları narahat edir. Elə buna görə də onlar arasında övladını məktəbdən saxlayan, ənənəvi təhsildən imtina edənlərin sayı da kifayət qədərdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 5 fevral tarixində açıqladığı statistikaya görə, ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Qeyd edək ki, valideynlər arasında yayılan narahatedici söz-söhbətlərə görə, “koronavirusun yeni növü ölkəmizdə də yayılmaqdadır, bu növ daha ölümcüldür, uşaqlar da yoluxur”.

AYNA valideynlərin narahatlığı ilə bağlı mütəxəssislərlə söhbətləşib.

Həkim, professor Adil Qeybulla deyib ki, doğru informasiya ilə təmin olunmaqda, ciddi problemlər var və bu cür hallar da ondan qaynaqlanır: “Valideynlərin narahatlığını haqlı sayıram, ona görə ki, doğru informasiyanın çatdırılması yetəri qədər deyil və nəticədə də yanlış məlumatlar daha çox yayılır. Nə vaxt koronavirusun yeni növü barədə televiziya ekranlarından valideynlərə məlumat verildi, uşaqların necə davranması haqda danışıldı? Təbii ki, real məlumatlar yetəri qədər olmadıqda onun yerini bu cür şayiələr alır. Mən valideynlərin narahatlığını başa düşürəm”.

“Ona görə də bu pandemiya dövründə insanların təsəvvürlərinin düzgün formalaşması üçün düzgün də maarifləndirmə işləri aparılmalıdır. Təəssüf ki, bu, bizdə çox aşağı səviyyədə qurulub. Bu da infodemiyanın yayılmasına gətirib çıxarır”, - Qeybulla bildirib.

İnfeksionist Vüqar Cavadzadənin sözlərinə görə, bu günə kimi ölkəmizdə Britaniya ştammı - B1.1.7 ilə yoluxma və yaxud xəstələnmə hadisəsi qeydə alınmayıb: “Bizdə Britaniya ştammı qeydə alınmasa da, dünyanın 70 ölkəsində B1.1.7 ştammına yoluxma faktı artıq təsdiq olunub. Mutasiya olunmuş yeni ştamm 70% daha yoluxucu olmasına baxmayaraq, ölüm sayının artmasına təsir etməyib. Britaniyada uşaqlar arasında da yoluxma müşahidə edilib, amma ölüm hallarında artım yoxdur”.

Cavadzadə təşvişə düşməyə əsas görmür: “Valideynlərin təşvişə düşmələrinə ciddi bir əsas yoxdur. Bizim ölkəmizdə yoluxmaların sayı demək olar ki, kəskin azalıb, digər tərəfdən də vaksinasiya tətbiq edilir. Bu da yoluxmaların daha da azalmasına gətirib çıxaracaq”.

İnfeksionist həkim Nicat Əzimli uşaqların virusdan qorunma qaydaları barədə AYNA-ya danışarkən qeyd edib ki, qaydalar uşaqlar üçün də, böyüklər üçün də eynidir, lakin çatdırma üsulu fərqli olmalıdır: “Təbii ki qorunma üsullarını uşaqlara çatdırmağın yolları fərqli olmalıdır. Dünyada bu istiqamətdə maarifləndirmə işləri, əsasən animasiyalar, cizgi filmləri ilə, şəkilli jurnallar vasitəsilə həyata keçirilir. Mən də hesab edirəm ki, uşaqların daha yaxşı qavramalı üçün onların dilində, bu cür üsullarla maarifləndirmə daha məqsədəuyğundur”.

Qeyd edək ki, mütəxəssislər koronavirusdan qorxmaq yox, ona qarşı tədbirli olmağı tövsiyə edirlər. Onlar valideynlərə uşaqların əllərini düzgün yuma qaydasını öyrətməyin vacibliyini vurğulayırlar. Əllərin yuyulması həm evdə, həm də məktəblərdə həyata keçirilə biləcək əsas tədbirlərdən biridir. Əllər ən az 20 saniyə isti su və sabunla yuyulmalıdır. Uşaqlara əllərini üzlərinə vurmamağı, əlləri çirkli olduqda, su olmayan yerlərdə dezinfeksiyaedici məhsullardan istifadə qaydaları aşılanmalıdır. Əllərin yeməkdən əvvəl və sonra, ictimai yerlərdə olduqdan, xəstə insanla təmasdan sonra yuyulmasına diqqət etmək vacibdir.

Eyni zamanda, immuniteti möhkəmləndirməyin önəmli olduğu bildirilir. Xəstəlikdən qorunmaq üçün güclü bir immunitet sisteminin olması önəmlidir. Bunun üçün isə qidaya fikir vermək, bol su içmək, açıq havada idman etmək və yuxu rejiminə diqqət etmək lazımdır.

Valideynlərə pandemiya dövründə mümkün qədər qapalı, sıx yerlərə getməməyi, xüsusilə alış-veriş mərkəzi kimi qapalı yerlərdə və ya ictimai yerlərdə olarkən uşaqlara səthlərə toxunarkən diqqətli olmağı öyrətmələri tövsiyə edilir. Bunu uşaqlara izah etmək çətin ola biləcəyi üçün, yaradıcı həll yolları tapmağa çalışmaları deyilir. İstifadədən əvvəl ümumi istifadə olunan oturacaqları və masaları nəm salfetlə silmələrinin də faydalı olacağı vurğulanır.

Həmçinin, uşaqları çölə çıxararkən xəstə, asqıran, öskürən insanlarla təmasdan qorumaq lazımdır. Qucaqlaşmaq, öpüşmək kimi vərdişlər də təxirə salınmalıdır. Əgər evdə xəstə olarsa, maskadan istifadə etməli, uşaqla eyni otağı paylaşmamalıdır. Evə çöldən gələn olduqda əllərini yumasını istəmək, həmin insanlarla əllə görüşməmək, qucaqlaşmamaq da yeni vərdişə çevrilməlidir.

Ümumilikdə, mütəxəssislər bildirirlər ki, bir sıra vərdişləri dəyişmək, sadə qorunma qaydalarına riayət etməklə həm uşaqların sosial həyatını nizamda saxlamaq, həm də virusdan qorunmaq mümkündür.
шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024