Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-09-2020, 12:49)
Sentyabrın 14-dən metro açılır - Rəsmi açıqlama

 Nazirlər Kabineti yanında Operativ Qərargah daha bir məlumat yayıb. Mediatv.az-a daxil olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejiminin 2020-ci il avqustun 5-dən mərhələli şəkildə, ayrı-ayrı sahələr üzrə yumşaldılması məqsədilə tədbirlər davam etdirilir.  
Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 14-ü saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir.  
2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır.
“İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiq tədbirlər görülüb.
Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarına yol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunur.шаблоны для dle 11.2

Xəbər lenti
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
22 01 2026
22 01 2026
22 01 2026