Sosial / Slayd (25-10-2014, 20:37)
İcra başçısı Ziya Məmmədov və oğlunun adını necə gündəmə gətirib? - Şok iddialar
Göyçay rayonunda baş verən qanunsuzluqlar, korrupsiya faktları ilə bağlı dəfələrlə yazmışıq. Bakıdan 216 kilometr aralıda yerləşən bu rayonda icra başçısı olan Mansur Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur.
Rayondakı mənbələr müxbirimizə deyirlər ki, M. Məmmədov nazir əmisi oğlunun nüfuzunu qaldırmaq əvəzinə, fəaliyyəti ilə onun nüfuzun zərbə vurmağı sanki qarşısına məqsəd qoyub.
Göyçaylıların başçının əmisi oğlunun birbaşa səlahiyyətlərinə aid sahədən giley-güzarı da bitib-tükənmir. Redaksiyamıza bir qrup Göyçay sakini adından daxil olan məktubda yazılır:
"Səkkiz ildir ki, Mansur Məmmədov Göyçayı viran edir. İcra başçısı təyin olunduğu gündən satmadığı yer qalmayıb. İnsanlar şəxsi mülklərinin də satışa çıxarılacağından qorxur. Bir neçə il qabaq rayonda su və kanalizasiya sisteminin yenidən qurulması üçün 40 milyondan artiq vəsait ayrıldı. Bundan sonra rayonun acınacaqlı günləri başladı. Rayon yollarının asfalt örtüyü tamamən sıradan çıxdı. İşlər yekunlaşandan sonra dağılmış asfalt örtüyünü bərpa etməli olan Türkiyə şirkəti bu işləri görməkdən imtina etdi. Səbəbi də gizlətmədi - görüləcək işin pulunu icra başçısı alıb və deyib ki, qalan iş sizlik deyil. Mansur Məmmədov da xəbər yayır ki, türklər yalan deyir. Ancaq biz göyçaylılar icra başçısına inanmırıq. Heç ola bilər ki, rayonu viran edən başçı türklərin əlində aciz qalsın? Yağışlar başlayanda sevindik ki, küçələrdən toz-torpaq çəkilər. İndi də gölməçələr əmələ gəlib. Yollardan keçmək olmur. Elə yollar var ki, kənarlarında camışçılıq üçün münbit şərait yaranib. Biryolluq rayonu camışçılıq kolxozu elan etsinlər, başçı postu da baş çoban postu ilə əvəz olunsun”.
Sakinlər yazır ki, Göyçay şəhərinin cəmi 5-6 kilometri asfaltla örtülüb: "Həmin yoldan ölkə prezidenti və yüksək rütbəli məmurlar keçməsəydilər, yəqin ki, oraların asfaltının pulunu da mənimsəyəcəkdilər. Cənab prezidentə çatdırırıq ki, bizlər də insanıq. Biz də rahat, səliqəli yol istəyirik”.
Sakinlər rayon sahibkarlarından kütləvi pul yığıldığını da yazırlar: "Cənab prezident, Mansur Məmmədov sizin keçəcəyiniz yolun kənarında obyekti olan sahibkarlardan pul yığır. Bu işi şəhər üzrə nümayəndəsi Rəşad Məmmədov vasitəsi ilə edir. Güya obyektlərin dam örtüyünü dəyişəcəklər. 10 manatlıq işə görə sahibkarlardan 100 manat alırlar. Verməyənləri vergi ilə qorxudub alırlar. Binaların yola baxan hissələrini təmir etməklə işlərini bitmiş sayırlar. Sabir adına bağda 50-dən yuxarı ağacla birlikdə kəsdirib yerində 2 mərtəbəli mağaza tikdirib”.
Sakinlər icra başçısının özünə rayonun Hüngütlü kəndində dəbdəbəli malikanə inşa etdirdiyini, bu işə rayon idarə təşkilatlarının işçilərinin cəlb olunduğunu yazırlar: "Hüngütlüdə hektarlarla ərazini zəbt edərək özünə 2 il ərzində malikanə tikdirdi. Təkcə malikanənin qarşısındakı gölün tikintisinə yüzlərlə dövlət qurumlarına aid maşın cəlb olunmuşdu. Oradakı işıqlandırma sisteminin quraşdırılmasına 50-yə yaxın usta cəlb etmişdi. Hamı bilir ki, ora Mansur Məmmədovundur. O isə əvvəlcə şayiə yaydırdı ki, malikanə Ziya Məmmədovundur. Ancaq heç kim buna inanmadı. Ona görə ki, Ziya Məmmədovun rayonun Potu kəndində 100 hektar ərazini əhatə edən torpağı var. Həmin torpaqda 2 malikanə, oğlu Anara məxsus hissədə hətta vertolyot meydançası və böyük süni göl var. Ona görə də bu yalanı keçmədikdə Mansur Məmmədov belə bir şayiə yaydırdı ki, guya malikanə Prezident Adminstrasiyasının rəhbərliyində təmsil olunan bir məmura məxsusdur. Bu yalana da rayonda heç kim inanmadı. Hamı dedi k, o məmur hara, Göyçayın kəndi hara? Hazırda malikanə Araz Ağalarovun oğlu Emin Ağalarovun ”ayağına yazılıb". Mansur Məmmədov deyir ki, malikanəni tikdirib hədiyyə edib və daha ona heç kim, heç nə edə bilməz".
Sakinlər yazır ki, M.Məmmədov başcı təyin olunandan sonra rayonda intiharların sayı durmadan artır: "Artıq sadə vətəndaşlar deyil, məmurlar da intihar etməyə başlayıb. Ötən ay rayonun ən böyük bələdiyyələrindən sayılan Çayarxı bələdiyyəsinin sədri Mahmud Şıxməmmədov intihar etdi. Onun cibindən tapılan məktubda icra başçısının ondan pul istəməsi və buna görə intihar etdiyi yazılmışdı”.
Məktub müəllifləri M.Məmmədovun nar bayramından istifadə edərək maddi imkanlarını artırdığını da yazırlar: "Noyabrın əvvələrində nar bayramı olacaq. Artıq rüşvətin natura - yəni nar şəklində yığımına göstəriş verilib. İdarələrdən, müəssələrdən, sahibkarlardan və kənd bələdiyyələrindən yığılan pullara nar töycüsü də əlavə olunub. Guya qonaqlara paylamaq üçün hər kənd bələdiyyəsinin boynuna 2-3 ton nar verməsi qoyulub. Özü də başçıya veriləcək nar seçmə olmalıdır. Bu yolla 50 tondan yuxarı seçilmiş narı soyuduculara vurublar. Artıq indidən Mansur Məmmədov həmin narı əvvəllər alver etdiyi Moskva bazarına yola salır”(Musavat.com).
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024