Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (4-07-2014, 21:45)
Bu cinayət Razim Məmmədovun ayağındadır - fotolar

 

Redaksiyamıza Xətai rayon sakinlərinin göndərdiyi məlumata görə, rayonun icra başçısı Razim Məmmədov sahibkarlardan külli miqdarda pul alaraq, onlara obyekt tikintisinə icazə verir, bu isə 1970-ci ildə əkilmiş ağacların kəsilməsi hesabına başa gəlir.

""Ağac qırğını" nəticəsində yaxın gələcəkdə Gəncə prospekti və Məhəmməd Hadi küçəsində baş verə biləcək sürüşmələrə görə Xətai RİH məsuliyyət daşıyır"- şikayətçi elektron poçtumuza göndərdiyi şikayət məktubunda belə bildirib.

Məsələ ilə bağlı Xətari Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin memarı Vadim Surxayev Etatist.com-a belə bir şeyin mümkün olmadığını bildirdi: "Vaxtilə burda sakinlər özləri üçün bostanlar salıblar. İndi o bostanlar təmizlənir. Elə bir fakt yoxdur. Biz ağac əkirik, yaşıllıq salırıq".

Redaksiyamıza fotoların da göndərdildiyini bildirdikdə isə V.Surxayev "Elə bir şey yoxdur. Fotoları hardan göndərirlər? Fotoları təqdim eləsinlər. Ağaclar yerindədir. Niyə İcra Hakimiyyətinə müraciət eləmirlər? Şikayət eləyənlər bostanları dağıdılanlardır. İndi hər yerdə abadlıq işləri gedir. Vətəndaş vaxtı ilə hasarladığı ərazini deyir ki, mənimdir. Hərə hasarlayıb özü üçün bostan salsa nə olar... Kol-kos təmizlənməlidir. Bu ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mənzil İstismar Sahələri nəzarət eləyir. İndi qanunsuz ağac kəsmək olar? Bu bəsit münasibətdir. Bəlkə 20-30 il bundan qabaq belə bir şey ola bilərdi. İndi mümkün deyil axı".

Qeyd edək ki, bu hal Xətai rayonunda birinci hal deyil. Bir neçə il öncə Məhəmməd Hadi küçəsində yerləşən böyük ağaclıq ərazi məhv edilmiş və yerində göydələnlər tikilmişdi.

Onu da xatırladaq ki, prezident İlham Əliyev bu ilin aprelində çıxış edərək bildirmişdi ki, ağac kəsənlər məsuliyyətə cəlb olunmalıdır. Prezident hətta Ağdaş səfəri çərçivəsində ağacların kəsilməməsi üçün Ağdaş-Qəbələ yolunun dördzolaqlı olmasına etiraz etmişdi. (etatist.com)

Bu cinayət Razim Məmmədovun ayağındadır 
Bu cinayət Razim Məmmədovun ayağındadır 
Bu cinayət Razim Məmmədovun ayağındadır 
Bu cinayət Razim Məmmədovun ayağındadır 

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024