Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (23-10-2014, 18:24)
Gədəbəyin icra başçısı sahibkarlara qarşı "Səlib yürüşü"nə çıxıb

Gədəbəyin icra başçısı sahibkarlara qarşı "Səlib yürüşü"nə çıxıb

 

Bölgələrdə özlərini külli-ixtiyar sahibi kimi aparan bəzi icra başçılarının qanunsuz əməlləri ilə bağlı çoxlu sayda faktları sizlərə təqdim etmişik. 

 

Təəssüf ki, ölkə başçısı nə qədər xəbərdarlıq etsə də, bəzi icra strukturlarının rəhbərləri və himayədarlarına güvənən ayrı-ayrı məmurlar, xoşagəlməz əməllərini davam etdirirlər. Vətəndaşların haqlı şəkildə kütləvi informasiya vasitələrinə üz tutmaları bəzi məmurlarda qıcıq yaradır və bu zaman həmin kasıb təbəqəyə qarşı aqressiv münasibət sərgiləyirlər. Əfsuslar olsun ki, bəzi icra başçıları kimi Gədəbəyin icra strukturunun rəhbəri də ölkə rəsmilərinin dəfələrlə etdikləri xəbərdarlıqdan nəticə çıxarmır. Görünür, bir sıra şəxslər kimi Ramiz Yediyarovu da öyüd-nəsihətlə hansısa yoldan çəkindirmək mümkün deyil. Deməli, artıq çox ciddi tədbirlər görməyin zamanı yetişib.
Gədəbəy sakinləri bildirirlər ki, heç bir insanın şikayəti dinlənilmir, qəbula gələnləri icra hakimiyyətinə buraxmır, get-gələ salırlar. Bu səbəbdən də vətəndaşlar dərdlərini deməyə yer tapmır. Gədəbəydən gələn ən çox şikayət son vaxtlar rayonda sosial problemlərin durumun gərginləşməsi, nöqsanların, işsizliyin, digər bu kimi xoşagəlməz halların çoxalmasıdır.
Sakinlər bildirirlər ki, Ramiz Yediyarov icra başçısı təyin olunduqdan sonra burada sosial problemlər, xüsusilə bəzi yerlərdəki içməli su problemi əhalini çıxılmaz vəziyyətə salıb. Bir sıra kəndlərdə mavi yanacaq problemi özünü daha qabarıq şəkildə göstərir. Hətta problemlər o dərəcədə artıb ki, sakinlər illərlə yaşadıqları ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Çünki qarşıdan ilin ən sərt fəsli - qış gəlir. Bildirilir ki, icra başçısı elə vəziyyət yaradıb ki, yerlərdəki bəzi məmurlar da ondan narazı düşüb. Verilən məlumatlarda deyilir ki, icra başçısına yaxın vəzifəli şəxslərin həyata keçirdikləri "islahat"lar nəticəsində durumu pisləşən Gədəbəy camaatının torpaqları da əllərindən çıxır. Məsələ burasındadır ki, rayonun bəzi vəzifəli şəxsləri yerli bələdiyyə sədrləri ilə əlbir olaraq, torpaq sahələrini satmaqla məşğul olurlar. Deyilənlərə görə, hətta bəzi yerli sakinlərin pay torpaqları özlərindən xəbərsiz satılıb. Rayon sakinləri bildirir ki, bir sıra qurumların rəhbərlərinin göstərişi ilə meşələr kütləvi şəkildə qırılıb parket sexlərinə verilir. Gədəbəydə vəziyyətin dözülməzliyi o həddədir ki, torpaq sahələrinin ayrılma məsələsində nələrsə tələb olunduğundan sakinlər nə edəcəklərini bilmir. Bütün bunlarla yanaşı, rayona ayrılmış külli miqdarda dövlət vəsaitinin xərclənməsində şəffaflığın olmaması da daxil olan məlumatlar sırasındadır. Gədəbəylilərin sözlərinə görə, icra başçısı müəyyən səbəbdən rayondakı bir çox işləri Maliyyə İdarəsinin rəhbərinə həvalə edib. İcra başçısı ilə həmin şəxsi bağlayan tellərlə bağlı araşdırmalarımız davam etdikcə bir sıra xoşagəlməz faktlar ortaya çıxır. Məlum olur ki, rayondakı problemlərin sayının artmasının əsas səbəblərindən biri də hərənin sosial "yükü" bir tərəfə çəkməsidir. 
Sakinlər bildirirlər ki, Ramiz Yediyarov sahibkarlara qarşı "səlib yürüşünə" çıxıb. Bu günə qədər müxtəlif iş adamlarına məxsus ərazilər heç bir əsas olmadan icra başçısı tərəfindən dağıdılıb. Bu səbəbdən də onlar qonşu rayonlara üz tutublar. İmkanlı iş adamları Ramiz Yediyarovun vəzifəsindən çıxarılacağı günü səbrsizliklə gözləyirlər. Sakinlər bildirirlər ki, sahibkarlar dözülməz vəziyyətlə bağlı dəfələrlə müxtəlif qurumlara müraciət ünvanlayıblar. İcra başçısının xoşagəlməz fəaliyyətinin cəzasız qalmayacağı isə şübhəsizdir. Əslində, icra başçısı Ramiz Yediyarovla yerli sahibkarlarla hər zaman problemləri olub. Hər halda gədəbəylilər, bildirirlər ki, xoşagəlməz halların baş verəcəyini heç kim arzulamaz. Məmurlar rayonda özlərinə məxsus "vergi şəbəkəsi" formalaşdırmaqla istər dövlət müəssisələrində, istərsə də özəl sektorda şəxsi qanunlarını tətbiq ediblər. Burada abadlıq-quruculuq adı altında müəyyən işlərin aparılması üçün büdcədən külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq, görülmüş kosmetik xarakterli işlər yerli sahibkarlardan, idarə və müəssisələrdən toplanmış vəsait hesabına aparılır. Bu və digər səbəblər üzündən rayon ərazisində fəaliyyət göstərən sahibkarların fəaliyyəti dözülməz dərəcədə pisləşib. Vaxtaşırı müxtəlif adlarla onlardan toplanan qanunsuz vəsaitlər iş adamlarının fəaliyyətini iflic edib. Sakinlərin sözlərinə görə, əsasən təmir işlərinin görülməsi adı ilə sahibkarlar "aylığa" keçiriliblər. Reallıqda isə rayon ərazisində ciddi bir iş görülmür, yalnız daha çox maxinasiya aparmaq mümkün olan başdansovdu kosmetik işlər həyata keçirilir. Bir sözlə, Ramiz Yediyarovun və onun ətrafındakı bir sıra məmurların özlərinə məxsus "abadlıq modeli" mövcuddur. Sakinlər bildirirlər ki, icra hakimiyyətinin binasının yerləşdiyi küçənin, rayonun kosmetik işlər görülmüş mərkəzi hissələrinin arxasında illərlə toplanan problemlər dağ kimi ucalır. Baxımsızlıq üzündən Gədəbəyin kənd və qəsəbələrində ən adi məişət problemləri vətəndaşların həyatını cəhənnəmə döndərir. Yayda toz-torpaqdan, qışda palçıqdan keçilməz olan küçələr, evlərə dolan yağış suları, üfunət, antisanitariya dəyişməz simvoludur.
Rayonda hər kəs yaxşı bilir ki, gözdən-könüldən iraq düşmüş Gədəbəy rayonunda heç kimin illərlə yaşadığı həyət-bacasında belə, daşı daş üstünə qoymağa ixtiyarı yoxdur. Bundan ötrü xüsusi icazə almaq lazımdır. Rayonda tikinti və söküntü biznesi eyni dinamik "inkişafdadır". Bəzi icra nümayəndələri tikinti tikmək istəyən vətəndaşları müxtəlif çətinliklərlə, süni əngəllərlə üzləşdirirlər. Rayonda məmur özbaşınalığının, bəzi şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının və qanunsuzluqların dözülməz həddə çatması onu göstərir ki, Ramiz Yediyarov Gədəbəyi yüksək səviyyədə idarə edə bilmir. Dağlar qoynunda yerləşən, qayğılarla dolu bu rayonun icra başçısının fəaliyyəti əhali arasında narazılıqlar yaratmaqdadır. Məhz Ramiz Yediyarovun bura təyinatından sonra rayonda ciddi sosial-iqtisadi problemlər höküm sürür. Tam məsuliyyətlə demək olar ki, bəzi idarə, müəssisə və təşkilatların fəaliyyətində və maliyyə-təsərrüfat işlərində ciddi qanun pozuntuları var. Əsasən rayonun sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində ayrılan vəsaitin çox hissəsi naməlum şəkildə xərclənir. Ramiz Yediyarov haqqında ən çox şikayətlər yazılan, xoşagəlməz əməlləri barədə haqqında mətbuatda ən çox informasiya yayılan icra başçılarından biri olsa da, hələlik hansısa sehrli "əllər" onun karyerasını qoruyur.
Halbuki Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısınin bir sıra qanunlara söykənməyən bəzi idarəçilik üsualları rayonda dözülməz atmosfer yaradıb. İqtisadiyyatı əsasən kənd təsərrüfatından ibarət olan rayonun problemlər məngənəsində sıxılması paytaxtımızı və digər böyük şəhərləri kənd təsərrüfatı məhsulları ilə təmin edən bu yaşayış məskəninin inkişafına mənfi təsir göstərir. Gədəbəylilərin həyatında kartofçuluq, heyvandarlıq və taxılçılıq əsas yer tutsa da, Ramiz Yediyarovun bura təyinatından sonra həmin sahələrdə bir sıra geriləmələr müşahidə edilir. Rayonda işsizlik tüğyan edir. Əhalinin kasıb təbəqəsinin sıralarının genişlənməsinin fəsadlarıdır ki, hər il Gədəbəydə ünvanlı sosial yardım almaq üçün "Sobez"ə müraciət edənlərin sayı çoxalır.(gundelik-baki.)

Paylaşın

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024