Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (23-10-2014, 18:19)
Sabunçu Rayon Qaz İstismar İdarəsində 5000 manat söhbəti - ittiham

 

Ölkə ərazisində təbii qazın hasilatı, emal nöqtələrindən qəbulu, paylanması və satışını həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyindəki "Azəriqaz" İstehsalat Birliyi 6 ildir fəaliyyət göstərsə də, İB hələ də öz işində dönüş yarada bilməyib. 2009-cü ildə prezidentin fərmanı ilə "Azəriqaz" QTSC-nin bazasında yaradılan İstehsalat Birliyinə elə həmin gündən Əkbər Hacıyev rəhbərlik etsə də, təəssüf ki, o, Əlixan Məlikovun vaxtından bəri mövcud olan boşluğu doldura bilməyib.

Qeyd edək ki, Əkbər Hacıyevin rəhbərlik etdiyi struktur dövlət büdcəsindən ən çox maliyyə vəsaiti alan qurumlardan sayılır. Bu illər ərzində ölkə rəhbərliyinin təşəbbüsü ilə İstehsalat Birliyinə ayrılan vəsaitlərin həcmi ötən illərlə müqayisədə bir neçə dəfə artıb. Lakin ildən-ilə artan büdcə vəsaitləri "Azəriqaz"ın daha səmərəli fəaliyyət göstərməsinə şərait yaratmayıb. Təəssüf ki, birliyin rəhbərliyində təmsil olunan bəzi şəxslərin bu sahəyə yad bir insan olduğundan vətəndaşların mavi yanacaqla bağlı problemlərinin bir çoxu hələ də həll edilməyib. Məsələ burasındadır ki, paytaxt Bakı ilə müqayisədə bölgələrdə vəziyyət daha dözülməzdir. Çünki "Azəriqaz"ın yerlərdəki bəzi idarələrinin rəhbər işçiləri xoşagəlməz hallara çox yol verirlər. Bəlkə də elə səbəbdəndir ki, əhali normal şəkildə mavi yanacaq təminatının şahidi olmur. Məsələ burasındadır ki, bölgələrdə, xüsusən də Göyçay, Lənkəran, Ucar, Lerik, Masallı, Qazax, Qusar, Gədəbəy, Ağsu, Ağstafa və Göyçay rayonlarının bəzi kəndlərində vətəndaşlar fasiləsiz mavi yanacaq üzünə həsrətdirlər. Qeyd edək ki, istehsalat birliyinin söhbəti gedən rayonlardakı idarələrinin müdirləri Əkbər Hacıyevin əmri ilə vəzifəyə təyin olunub. Onların hər biri baş direktorun tapşırıqları əsasında işə başlayıblar. Amma hələ də Göyçay, Ağsu, Masallı və Lerik rayonlarının bəzi kəndlərində vətəndaşların böyük hissəsi qazın nə olduğunu bilmir. Xüsusən dağ kəndlərində yaşayan sakinlər qədim dövrlərdə olduğu kimi odundan istifadə etməklə mavi yanacağa olan ehtiyaclarını təmin edirlər. Artıq bir neçə gündür soyuqlar başlayıb. Şübhəsiz ki, havaların soyuması qazın olmadığı kəndlərdə bir sıra çətinliklər yaradıb. Hər kəsə bəllidir ki, bu, bəzi yerli qaz istismar idarələrinin rəislərinin fəaliyyətsizlikləri ilə bağlıdır. Dövlət Neft Şirkəti tərəfindən hər il rayonların qazlaşdırılması məqsədilə külli miqdarda vəsaitlər ayrılsa da, bəzi idarə rəislərinin yeni qaz xətləri çəkmək əvəzinə, büdcənin pullarını hansı məqsədlər üçün xərcləmələri qaranlıq görünür. Məhz belə hallara görə bəzi əyalətlərdə əhalinin qazlaşdırılması məsələsi həll edilməmiş qalır. Müşahidələr göstərir ki, paytaxtın bir sıra rayonlarında da vəziyyət fərqli deyil. Belə ki, soyuq havalarda Bakının bəzi qəsəbələrində mavi yanacaq problemi yaşanır. Halbuki, paytaxtın bütün yerlərində mavi yanacaq problemi tamamilə həllini tapmalıydı. Lakin vətəndaşların haqlı şikayətləri göstərir ki, bununla bağlı hələ də müəyyən problemlər var. Belə qurumlardan biri də Sabunçu Rayon Qaz İstismar İdarəsi və onun rəisidir. Sabunçu sakinlərinin şikayətləri göstərir ki, rayon qaz istismar idarəsinin işçiləri vətəndaşlara bir sıra çətinliklər törədirlər. Belə ki, artıq neçə gündür Sabunçu Rayon Sabunçu qəsəbəsi Natavan 20-1-in sakinləri normal mavi yanacaq üzünə həsrət qalıblar. Sakinlər bildirirlər ki, Sabunçu Rayon Qaz İstismar İdarəsi artıq neçə gündür onları qaz üzünə həsrət qoyub: "Bizim qəsəbəmizdəki qaz "karobkaları"nı (qaz paylayıcı) kimsə ehtiyatsızlıq üzündən, "KaMaz" maşını ilə sındırıb. Artıq neçə gündür normal qaz üzünə həsrət qalmışıq. Bilmirlər ki, bunu kim edib. Bu gün də daxil olmaqla neçə gündür evlərimizdə normal qaz yoxdur. Sakinlər çaysız, yeməksiz qalmalıdır?"

Şübhəsiz ki, baş verənlərə görə məsuliyyəti Sabunçu Rayon Qaz İstismar İdarəsinin işçiləri və səhlənkar rəhbərliyi daşıyır. Artıq neçə gündür sakinləri mavi yanacağa həsrət qoyaraq onları çətinliklərlə üzləşdirmiş Sabunçu Rayon Qaz İstismar İdarəsinin rəhbərliyinin bu cür arxayın davranışları Əkbər Hacıyevin əməkdaşlarının hansı səviyyədə rayon sakinlərinə xidmətini göstərir. Təəssüf ki, tənqidlərimizdən sonra da sakinləri eşidən, onların problemlərini həll edən olmayıb. Sakinlər neçə gündür Sabunçu Rayon Qaz İstismar İdarəsinə zəng vurub kömək istəstəsələr də, onlara bildirirlər ki, problemdən xəbərləri var. Yuxarılara da deyilib, bilirlər.

Sabunçu Rayon Qaz İstismar İdarəsinin işçiləri sakinlərə bildiriblər ki, dağıdılan "karobka"nın 5000 manat qiyməti var. Gərək 5000 manat pul ödənsin. Sabunçu rayon sakini Xəyalə Həsənova Sabunçu Rayon Qaz İstismar İdarəsinin işçilərinin bu cür fəaliyyətsizliklərindən təngə gəldiyini bildirir. Bu arada üzümüzü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi Əkbər Hacıyevə tuturuq: - cənab Hacıyev, bəlkə işçilərdən soruşasınız ki, Sabunçu Rayon Qaz İstismar İdarəsinin əməkdaşları nə üçün tez-tez sakinlərin şikayətlərinə cavab olaraq "təmir üçün 5000 manat lazımdır, 5000 manat!" sözlərini təkrar edirlər. Olmaya Sabunçu Rayon Qaz İstismar İdarəsinin işçilərinin könlündən sakinlərin pul yığıb kiməsə vermək, yaxud "karobka"nı öz hesablarına təmir etdirmək keçir? Bəs büdcədən bu məqsədlə ayrılan pullar kimlər tərəfindən xərclənir?
 \\ gundelik-baki \\ 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024