Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (3-05-2014, 11:46)
Göygöl sakinləri icra başçısının yolunu kəsdilər

Göygöl sakinləri icra başçısının yolu kəsdilər 

Mayın 2-də Göygölün “Xanlar stansiyası” ərazisində sakinlər etiraz aksiyası keçirib. Bu barədə “Azadlıq” qəzetinə yerli sakinlər məlumat verib.

Məlumatda deyilir ki, etirazçılar Göygöl-Toğana yolu ilə işə gələn rayon icra hakimiyyətinin başçısı Arif Seyidovun yolunu bağlayıblar. Rayon sakinləri, eləcə də kəndlərədən əraziyə gəlmiş çoxsaylı etirazçılar işıq, qaz, su problemi ilə bağlı bir sıra sosial tələblər irəli sürüblər.

Etirazçılar bildirib ki, uzun müddətdir tələb etdikləri problemlərin heç biri həllini tapmır. Baxımsız vəziyyətdə qaldığı üçün kəndlərdəki artezian quyuları da sıradan çıxıb. Bu da sakinlərin su ilə təminatında ciddi problemlər yaradıb.

Hacıməlik qəsəbə sakinləri isə içməli su xəttinə kanalzasiya sullarının qarışmasından şikayətləniblər. Əlaqədar qurumlardan öz vəzifə borclarını yerinə yetirməyi tələb edən etirazçılar, problemlərin həll edilməyəcəyi təqdirdə qanun çərçivəsində daha ciddi addımlar atacaqlarını bildiriblər.
Göygöl sakinlərinin aksiyası Göygöl Rayonun İcra Hakimiyyəti və rayonun hüquq-mühafizə orqanları tərəfindən ciddi narahatlıqla qarşılanıb. Aksiyaçılarla görüşən icra başçısı Arif Seyidov vətəndaşlara bütün problemlərin həll ediləcəyini söz verib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri də insanları təmkinli olmağa və yolu hərəkət üçün açmağa səsləyib. İcra başçısı və digər yetkili şəxslərlə görüşdən sonra vətəndaşlar yolu açmağa razı olub.

Bundan sonra Arif Seyidov sakinləri İcra hakimiyyətinin akt zalında dəvət edərək şikayətlərini dinləyib.

Son günlər Göygöl rayonunda sosial problemlərin məngənəsində sıxılan sakinlər ikinci dəfədir ki, etiraz aksiyası keçiriblər.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024