Sosial / Slayd (20-09-2014, 20:06)
Xətai rayonunun İcra başçısı məhkəməyə verildi
Xətainin icra başçısından prezidentə şikayət edilib
Bakı şəhər sakini Tahir Qocayev Xətai rayon icra başçısını məhkəməyə verəcək.
Sahibkar mülkiyyət hüququnun pozulmasından şikayətçidir.
Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, 12/10 ünvanda 12.5 sot ərazi onun şəxsi mülkiyyətində olsa da, heç bir xəbərdarlıq edilmədən obyekti rayon icra nümayəndələri tərəfindən sökülüb. Mülkiyyətçinin dediyinə görə, Xətai rayon icra başçısı Razim Məmmədov ərazinin “Ağ şəhər” layihəsində yol çəkilişinə düşməsi bəhanəsilə ərazidə söküntü işləri aparır: “Sentyabrın 9-da qonşular mənə zəng vurdu ki: “Tahir, obyektivi uçurublar. Gəl gör niyə uçurdublar”. Tələm-tələsik gəldim, gördüm binanın bir hissəsi uçurulub”.
Daha sonra məlum olub ki, həmin ərazidə yolun genişləndirilməsi nəzərdə tutulduğundan Tahir Qocayevin obyekti sökülməlidir: “Əvvəl bu işi “Azəryolservis”ə həvalə olunmuşdusa, daha sonra rayon icra hakimiyyətinə verildi. Bundan sonra işlər daha acınacaqlı vəziyyət aldı. Obyektinin kim tərəfindən və nə səbəbə sökülməsini öyrənmək üçün rayon icra hakimiyyətinə gəldikdə isə heç bir səbəb göstərilmədi. Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Zaməddin müəllimin yanına getdim. Dedim, məndən sənəd istəmisiz, bildirmişdiniz ki, sökülməmişdən öncə sizə xəbər veriləcək, ərazinizin qiyməti yenidən müəyyənləşəcək. Amma görürəm mülkiyyətim sökülüb. Kim söküb? Dedi bilmirəm. Mən də dedim ki, mənimlə küçə adamı kimi danışma. Mən bu ölkənin vətəndaşıyam, mülkiyyət hüququm var. Necə yəni xəbərim yoxdur? Prezident bilsə, sən nə cavab verəcəksən?”
Şikayətçi onun mülkiyyətində olan 12.5 sot ərazinin 310 kvadrat merində müxtəlif təyinatlı obyektlərin olduğunu bildirir və deyir ki, həmin obyektlərin hər kvadratmetrinə cəmi 500-600 manat təklif olunur: “Vaxtilə bu obyekti dövlətdən almışam. İndi də dövlətə böyük məmnuniyyətlə sataram, amma insafla davransılar. Ölkə başçısı da dəfələrlə deyib ki, söküntü işləri aparılarkən əmlakın dəyəri hazırkı bazar qiymətləri ilə hesablanmalıdır. Halbuki, bazar qiymətilə bura satışa çıxarılsa, 3 milyon manat dəyəri var. Amma mənə qəpik-quruş təklif edirlər. Mən də, təbii, bu qiymətlə razılaşmadım”.
Şikayətçi problemlə bağlı Maliyyə Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, eləcə də digər orqanlara müraciət edib: “102-yə zəng vurmuşam. Polis deyir gəl izahat yaz. Mən nə izahat yazım? Zəhmət çəksinlər, gəlib əmlakımı kimin bu günə qoyduğunu tapsınlar”.
Şikayətinə baxılmadığından sonuncu çıxış yolunu məhkəməyə müraciət etməkdə görən sahibkar deyir ki, artıq vəkillə müqavilə bağlayıb: “Yaxın günlərdə Xətai rayon icra hakimiyyəti başçısını məhkəməyə verəcəyik”. Prezident İlham Əliyev həmişə deyir, məmurlardan tələb edir ki, vətəndaşlar incidilməsin, əhalinin əmlakı münasib qiymətlərlə qiymətləndirilsin. Daha deməyib ki, əhaliyə qarşı belə vəhşilik edilsin. Mənim prezidentdən heç bir şikayətin, narazılığım yoxdur. Sadəcə dövlətə narazılıq edirəm. Çünki mənim vətəndaşlıq , mülkiyyət hüququm pozulur, şəxsiyyətim təhqir olunur. Bu cür məsələlərdən istifadə edən icra başçısıları sakinləri dövlətdən narazı salır. Xətai rayon icra başçısı Razim Məmmədov da sanki rayonun padşahıdı. Hər dəfə etiraz edəndə, haqqımı tələb edəndə polisi cağırıb məni tutduracağı ilə hədələyir. Bilirəm ki, ölkə başçısı bu kimi problemlərin əksəriyyətindən xəbərsizdir. Əks halda həmin şəxslər barəsində ciddi ölçü götürülər. Çünki belə halların dəfələrlə şahidi olmuşuq. Əhalini incidən, dövlətdən narazı salan məmurlar ölkə başçısı tərəfindən cəzalandırılıblar. Razim Məmmədov da məsələdən öz xeyrinə istifadə edir. Sahibkarların obyektini bazar qiymətinə deyil, öz istədiyi qiymətə almaq istəyir”.
Daha sonra obyekti üçün müəyyən olunan məbləğin alınması üçün rayon icra hakimiyyətinə dəvət olunduğunu deyən T.Qocayev ora getmədiyini söylədi: “Dedim ki, obyektimi sökəndə mənlə razılıq almışdınız? Gəlmirəm ora. Rəsmi müraciət göndər. Ümumiyyətlə, Xətai rayon icra hakimiyyətindən pul istəmirəm. Prezidentdən də, müraciət etdiyim orqanlardan da xahiş etmişəm ki, mənim sənədlərim Xətai rayon icra hakimiyyətinə göndərilməsin. Xətai rayon icra hakimi yaxşı “qulaq çəkəndir”. Bütün səkiləri satıb. İndi də mənim obyektimi satmaq istəyir. Mən onu dövlətə bağışlayıram, amma onlar kimi qaniçənlərə”.
Şikayətçi İcra başçısının qanunsuz əməlləri ilə bağlı Prezidentə və birinci xanım Mehriban Əliyevaya müraciət etdiyini bildirib.(aznews.az)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024