Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (20-07-2020, 18:11)
Pirallahı RİH narazılıq yaratmaqda davam edir.


 Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən İmanov Vasif Həsən oğlunun tabeçiliyində çalışan vəzifə sahibləri, bu gün də qol qoyduqları qanundankənar əməlləri ilə diqqətimizi cəlb etməkdədirlər.

Belə ki, bir neçə gün bundan öncə Pirallahı rayonunun Gülgan qəsəbəsində acınacaqlı vəziyyətdə yaşayan Xankişiyeva Tamilla Aqaş qızının dəvəti ilə, adı çəkilən xanımın mənzilində olduq. Gözlərimizlə gördüyümüz real mənzərə, sanki bizi şoka saldı.

Tamilla Xankişiyevanın mənzilində olarkən o halın canlı şahidi olduq ki, aydiyyatı qurumlar bu şəxsin üz-üzə qaldığı problemin həllinə köməklik göstərmək əvəzinə, mərhum hərbçi ailəsini təhqir etməkdən belə çəkinməyiblər. Bu da onu söyləməyə əsas verir ki, Pirallahı rayon İcra Hakimiyyətində vəzifə sahibi olanlar artıq vətəndaşın əsəblərini pik nöqtəyə çatdırıblar.

Bəli, bir çox məmurların yerlərdə sakinlərə qarşı oxşar davranışlarının varlığı səbəbindən, bu gün ölkəmizdə vəziyyət heç də ürəkaçan deyil. Adicə bir faktı qeyd edək ki, 12 iyul tarixdə Tovuz rayonunun Ağdam kəndinə yaxın ərazilərdə baş verən erməni təxribatları nəticəsində bir neçə hərbçimizin şəhid olmaları, onminlərlə sadə vətəndaşların paytaxt küçələrində yürüş-mitinq keçirmələrinə və hökumətə qarşı müəyyən aqressiv fikirlər irəli sürmələrinə səbəb oldu. Əslində belə bir yanaşma, bir çox vəzifə sahibi olan şəxslərin vətəndaşlara olan bəlli münasibətlərinin təzahürü oldu. Məmurların vətəndaşlara qarşı bəslədikləri belə bir münasibətlərin varlığı səbəbindən, son anda onlar ümid yeri hesab etdikləri media qurumlarına üz tutmalı olurlar.

Elə ki, bir neçə gün bundan öncə mərhum hərbçi ailəsinin mənzildə olduq və onların üz-üzə qaldıqları problemin mahiyyətini dinlədik, o halda Pirallahı rayon İcra Hakimiyyəti Aparatına gedib, qarşı tərəf olaraq səlahiyyət sahibi olan şəxslərdən məsələlərə münasibət bildirmələrini istədik. Təəssüflər olsun ki, ilk əvvəl adı çəkilən qurumda hüquq şöbəsinin müdiri vəzifəsini daşıyan Hüseynov Samir Yadulla oğlu, qanunla nəzərdə tutulmayan vəzifə sahibini, yəni “bu şəxs mətbuat xidmətinin rəhbəridir” deyə bizə təqdim etdi. Belə bir təqdimatdan sonra biz fikirlərimizi və mərhum hərbçi ailəsinin üz-üzə qaldıqları problemlərin varlığını həmin şəxsin diqqətinə çatdırdıq.

O halda o, qeyd olunan faktlarla bağlı RİH-nin başçısına məruzə edəcəyini və nəticəsi barədə bizə cavab verəcəyi vədini bildirdi. Ümumi söhbətimizdən sonra mətbuat xidmətinin rəhbəridir deyə təqdim olunan həmin şəxs RİH-nin binasına daxil oldu və bir daha bayıra çıxmadı. Belə bir hörmətsizlikdən və sayğısızlıqdan sonra RİH Aparatıın mühafizəsi ilə məşğul olan polis əməkdaşlarına bildirdik ki, əgər bizi dinləyən şəxs sadalanan problemlərlə bağlı cavab vermək istəyində deyilsə, o halda biz geri qayıtmalı olacağıq.

Bir qədər də gözlədik və ərazidən uzaqlaşdıq. Təqribən qırx dəqiqədən sonra isə, Pirallahı rayon İcra Hakimiyyəti Aparatı, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sarıməmmədov Röyal Tofiq oğlu bayıra çıxdı və aralı məsafədə dayandığımızı gördükdən sonra o, bizə geri qayıtmağımızı işarə etdi. Elə ki, yaxınlaşıb onunla görüşdük, o halda Röyal Sarıməmmədov “hə, bir deyin görüm nə istəyirsiniz, nə məsələdir?” deməklə, bir növ bizə qarşı olduqca ədəbsiz yanaşma, olduqca sayğısız münasibət ortaya qoydu. Yəni, bu şəxs özünün hansı vəzifə sahibi olduğunu demədən, daşıdığı vəzifəsinin məsuliyyətini hiss etmədən, bir sözlə ölkə rəhbəri cənab İlham Əliyevin vəzifə sahibi olan şəxslərlə bağlı vermiş olduğu tapşırıq və tövsiyyələrə əhəmiyyət belə vermədən açıq-aşkar şəkildə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1.2-ci hissəsində qeyd olunur ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, bu Qanunun müddəalarına əməl etməyə borcludur. O halda sual oluna bilər ki, görəsən Pirallahı rayon İcra Hakimiyyəti Aparatında məsul vəzifə sahibi olan Röyal Sarıməmmədova, cənab Prezidentn vəzifə sahibi olan şəxslərlə bağlı vermiş olduğu tapşırıq və tövsiyyələrin, həmçinin qanunun belə bir tələbinin aidiyyatı yoxdurmu?

Düşündürücü hal odur ki, müyəyyən vaxtdan sonra bu şəxsin də diqqətinə hərbçi ailəsinin üz-üzə qaldığı problemlərin mahiyyətini çatdırsaq da, Röyal Sarıməmmədov məsələlərə münasibət bildirmək, hərbçi ailəsinin problemlərini həll etmək və s. yöndə atılacaq addımlar barədə vəd vermək əvəzinə, o, ümumi müxalifət cəbhəsindən danışdı və az sonra isə AXCP sədri Əli Kərimlidən bəhs etməyə başladı. Bir sözlə, Pirallahı RİH Aparatında vəzifə sahibi olan şəxslərin media nümayəndələrinə bəslədikləri belə bir sayğısızlıq onu göstərdi ki, hazırda bu rayonun ərazisində sadə sakinlərlə bərabər, hərbçi ailəsi də olmazın əzab-əziyyəti çəkməkdədir.
Bütün bunlardan əlavə o halın varlığını da qeyd edib bir xatırlatmanı yada salaq ki, koronovirus (COVİD-19) pandemiyasının tüğyan etdiyi vaxtlarda, tanınmış idmançı Kamil Zeynallı Pirallahı rayonu ərazisində imkansız ailələrə ərzaq yardımı paylatdırarkən, bu şəxsə qarşı xüsusi hücum kompaniyasına başlanıldı. Yəqin ki, qeyd olunan hücum taktikasının arxasında rayon rəhbərliyinin “işarəverən barmağı” xüsusi rol oynadı.

Yəni, sadə sakinlərə köməklik etmək istəyən bu şəxsə qarşı belə bir problemlər yaradıldı. Baş verən bu kimi olaylar onu sübut edir ki, Vasif Həsənovun rəhbərlik etdiyi Pirallahı rayonunda vəzifə sahibi olan şəxsləri sadə sakinlərin problemlərinin həlli deyil, daha çox öz maddi maraqlarının təmin olunması düşündürür.
//gundemxeber.az//

Pirallahı RİH narazılıq yaratmaqda davam edir...
Pirallahı RİH narazılıq yaratmaqda davam edir...
Pirallahı RİH narazılıq yaratmaqda davam edir...
Pirallahı RİH narazılıq yaratmaqda davam edir...
Pirallahı RİH narazılıq yaratmaqda davam edir...
Pirallahı RİH narazılıq yaratmaqda davam edir...
шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024