Sosial / Slayd (11-07-2020, 14:30)
Elman Rüstəmovla bağlı məsələ böyüyür - Avstriya

Unikal.org-un bu gün əldə etdiyi digər məlumatda bildirilir ki, AMB-ın sədri Mərkəzi Bankın təlimatlarını pozaraq “StandartBank” və “DekaBank” vasitəsilə xarici şirkətlərə, fiziki şəxslərə aşağı faizlə yüz milyonlarla uzun müddətli kreditlər verib.
E.Rüstəmovun Bakıda şəriki olduğu MTK-lara da yeni binalar tikmək üçün böyük məbləğlərdə kreditlər verdiyi üzə çıxıb. Bütün kreditlər düşünülmüş şəkildə, 2015-ci ildə olan devalvasiyadan öncə verilib.
Şəxsən Elman Rüstəmovun tapşırığı əsasında, ciddi qanun pozuntusu ilə verilən kreditlərin 70-80%-i Gürcüstan və Rusiyaya köçürülüb.
Bildirilir ki, baş bankir Avstriyada yeni çap olunan əskinazlarla da bağlı qanun pozuntularına yol verib və bu barədə də geniş məlumat veriləcək.
Aldığımız informasiyaya görə, AMB sədrinin növbəti qurbanı “MuğanBank” olmalıdır. Belə ki, bankda AMB-ın Elman Rüstəmova yaxın olan şəxslərin adına 44 mln krediti var. Baş bankirin bu kreditinin silinməsi üçün “MuğanBank” da bağlanmış bankların taleyini yaşamalıdır.
Qeyd edək ki, Elman Rüstəmovun əldə etdiyi çirkli pullarla Azərbaycanda, eləcə də digər ölkələrdə qurduğu biznesləri, çoxsaylı əmlakları üzə çıxıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025