Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (20-02-2014, 22:04)
Mədəniyyət və İncəsənət Universiteti rüşvətxorluq yuvasına çevrilib

 

Burada tələbələr təhsil yox, rüşvət verməyin yolları öyrədilir.  

Bu barədə GUNXEBER.COM-a məlumat verən tələbələrin sözlərinə görə, adıçəkilən universitetin Sənətşünaslıq fakültəsində hər semestr imtahanlarında tələbələrdən müəyyən qədər pul tələb olunur. Göstərilən məbləği verməyən tələbələr isə zorakılıqlara məruz qalmaqla yanaşı, imtahanlardan qiymət ala bilmirlər. Redaksiyamıza müraciət edən tələbələrin sözlərinə görə, adıçəkilən fakültənin dekanı Vəfa Əliyev müavini Raifə Səfərova vasitəsi ilə onlara hədə qorxu gəlməklə hər imtahanda 50-100 manat pul tələb edir: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində savad, bilik yox pul tələb olunur. Hər semestr imtahanları başlayanda Vəfa Əliyevin tapşırığı ilə Raifə müəllimə gəlib bizdən pul tələb edir. Əks halda isə imtahana buraxmamaqla hədələyir.  Son nəticədə isə pul verən tələbələr imtahanlardan keçir, pul verməkdən imtina edən tələbələr isə kəsirə qalırlar”.

Tələbələr hər imtahan qabağı qiymətdən asılı olaraq onlardan tələb olunan məbləğə də aydınlıq gətirdilər: “Hər imtahanda qiymətdən asılı olaraq 50-100  manat pul tələb olunur bizdən. Məsələn imtahanda 3 qiyməti almaq istəyən tələbədən 50, 4 və daha yuxarı qiymət almaq istəyən tələbədən isə 100 manat tələb olunur. Bu haqda dəfələrlə həm Vəfa Əliyevə, həm də Raifə Səfərovaya öz etirazımızı bildirsək də, heç bir faydası olmayıb. Vəfa müəllim bizə deyir ki, 10 ildir burda boşuna oturmamışam, orta məktəb direktorları məndən çox qazanır”…

Adıçəkilən universitetdə baş verən özbaşınalıqlar bununla bitmir. Tələbələrin sözlərinə görə, dərsdən yayınan, il boyu dərsə gəlməyən tələbələr açıq şəkildə “hesaba oturdulub”: “Burda elə tələbələr var ki, illik hesablarını verib dərsə gəlmirlər. Son nəticədə isə onların qiyməti yazılır. Dərslərə gələn, gününü kitabxanalarda keçirən tələbələr isə son nəticədə qiymət ala bilmirlər. Bütün bu özbaşınalıqların başında duran da Vəfa Əliyev və Raifə Səfərova komandasıdır. Bu cütlük Sənətşünaslıq fakültəsini rüşvət yuvasına çeviriblər. Tələbə universitetə gələn kimi hətta birinci kursdan onu rüşvətə öyrədirlər. Təhsil Nazirliyinin verdiyi tələbə biletlərini də bizə pulla satırlar. Hər tələbə bileti üçün bizdən 10 manat pul alırlar. Səsini çıxarıb etiraz edən kimi də deyirlər ki, biz də aldığımızın bir hissəsini yuxarılara ötürürük”.

Burda yuxarılar deyərkən çox güman ki, Vəfa Əliyev ADMİU-nun rektoru Timuçin Əfəndiyevi nəzərdə tutur…

Məsələ ilə bağlı Vəfa Əliyevlə əlaqə saxlayıb səslənən ittihamlara aydınlıq gətirməsini istədik. Ancaq V. Əliyev açıq şəkildə məsələyə münasibət bildirməkdən imtina etdi…

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024