Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (19-02-2014, 21:25)
Tələbələrin aksiyasına polis mane olub

 

 

Xəbər verildiyi kimi 14 fevral 2014-cü il tarixində Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən, işdə yol verdiyi nöqsanlara görə, Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev vəzifəsindən uzaqlaşdırılıb.

Bu qərar isə kollec müəllimlərinin və tələbələrin narazılığına səbəb olub.Qaynar.info ilə əlaqə saxlayan tələbələr və müəllimlər bildiriblər ki, işdən çıxarılan direktor Şaban Şəfiyev qərarda göstəriləndən fərqli olaraq, bu vaxta qədər kollecdə direktor işləmiş hər kəsdən daha yaxşı işləyib: "İstənilən tələbə Şaban müəllimin qəbuluna çox rahatlıqla girə bilirdi. Problemlərimizi dinləyirdi, həll edirdi. O, kollecə gələndən sonra nizam-intizam da qaydasına düşüb".

Tələbə və müəllimlər bu məsələ ilə bağlı Təhsil Naziriliyinə də müraciət ünvanlamağa hazırlaşır. Qaynar.info-ya daxil olan müraciətdə deyilir: "Şaban Şəfiyevin kollec direktoru olduğu müddətdə təhsil ocağının uğurları artıb. Rayonda keçirilən bilik müsabiqələrində, sosial yönümlü tədbirlərdə, ölkə və dünya əhəmiyyətli şəxsiyyətlərin yaradıcılıq gecələrinin keçirilməsində əməli işlər görülmüş və kollecin Respublikada öncül təhsil müəssisəsi olmasına şərait yaradılıb".

Tələbələr 2 gün öncə bu məqsədlə aksiya keçirməyə cəhd ediblər. Səhər saat 9-da keçirilməsi planlaşdırılan aksiya baş tutmayıb. Belə ki, tələbələr kollecin qarşısına gələndə artıq polislər oranı mühasirəyə alıb və aksiya keçirməyə imkan verməyiblər.

Kollec tələbələri Şaban Şəfiyevin yenidən vəzifəsinə qaytarılması məqsədi ilə sosial şəbəkələrdə də kampaniya başlayıblar. Tələbələr facebook-daŞaban Şəfiyevi geri qaytaraq adlı səhifə yaradıblar

шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024