Sosial (20-02-2014, 20:09)
BDU mühasirəyə alındı, saxlanılanlar var
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetin (BDU) tələbələri bu gün 13:30-a etiraz aksiyası təyin ediblər. Aksiyanı facebook səhifələr yaratmaqla, planlaşdıran gənclər çağırışları da məhz sosial şəbəkələr vasitəsilə edirlər.
Hafta.az-ın əməkdaşı universitetdə aksiya öncəsi vəziyyəti, etirazların nədən ibarət olduğunu öyrənmək üçün BDU-da olub.
Maraqlısı budur ki, universitet tələbələri heç bir aksiya gözlənilmədiyini deyirlər. Sosial elmlər və psixologiya fakültəsində oxuyanlar bu barədə ümumiyyətlə nə facebook, nə də hansısa sayt vasitəsilə xəbər tutmadıqlarını deyirlər: "Bunu sizdən eşidirik, 13:30 dərs vaxtıdır. İnanmıram nəsə aksiya ola...”
Mitinqin virtual təşkilatçısı hesab olunan fəlsəfə fakültəsinin birinci kurs tələbəsi Ofeliya Abdullayeva isə bu gün ümumiyyətlə dərsə gəlməyib. Universitetin Tələbə Həmkarlar Təşkilatının sədri Daşqın Qənbərov isə Hafta.az-a açıqlamasında adıçəkilən tələbənin bu gün onun qəbulunda olduğunu və ondan izahat alındığını deyib.
Amma fəlsəfə fakültəsinin tələbələri əməkdaşımızla söhbətlərində kredit qiymətlərinin artmasına görə həqiqətən narahat olduqlarını, bu qərardan narazı qaldıqlarını bildiriblər: "Narazıdır e, hamı narazıdır... Amma heç kim ayağa durub heç nə demir. Hələ ortada heç nə yoxdur, dünən artıq jurnalistika fakültəsinin tələbələrinə ilk xəbərdarlıq edilib ki, etiraz olsa qoşulmayın, valideyninizi çağıracağıq”.
Məsələ ilə bağlı jurnalistika fakültəsinin dekan müavini Əli Hacıyevlə də görüşdük. Onun sözlərinə görə, bununla bağlı fakültənin tələbələrinə dekanlıq tərəfindən heç bir təzyiq göstərilməyib:
"Ola bilər ki, hansısa müəllim öz tələbəsinə nəsə məsləhət verib, nəsə deyib. Bəzən heç bizim tələbələr söhbətin nədən getdiyini, nəyə görə etiraz edildiyini bilmirlər. Görürlər hamı yığışır, onlar da küyə düşüb gedirlər. Hə, aksiya haqqında məlumat var idi, mən də oxudum. Əslində etirazı edən başqa fakültələrdir, bizim fakültənin isə adı çıxıb...”
BDU tələbələri Nazirlər Kabinetinin alt qrupda təhsil alan tələbələrin dərs saatlarına görə əlavə pul ödəmələri haqqında qanununa etiraz edirlər. Onlar sosial şəbəkələr vasitəsilə yaydıqları məlumatlarda aksiyanın "Girməyin cibimizə, tamah güc gəlib sizə!”, "Kəsr üçün pul verməyək!”, "Qanunları pozmayın, saxta qanun yazmayın" şüarları ilə keçəcəyini qeyd ediblər. Çağırışçılar bu şüarlarla hətta "haş taq” da yaradıblar.
Twitter-də yayılan məlumatlara görə isə artıq universitetin aksiya keçiriləcək korpusu mühafizə xidməti tərəfindən mühasirəyə alınıb.
Musavat.com-un əməkdaşı Məhəmməd Türkmənin verdiyi məlumata görə, üç tələbə saxlanılıb. Onlardan birinin adını dəqiqləşdirmək mümkün olub - Tamerlab Baxşıyev.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024