Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (4-02-2014, 11:16)
Bir kollec direktorunun qazanc mənbələri

 

   Fəxrəddin Zamanov kollecdən əldə etdiyi qazanclar sayəsində Tərtər rayonunda böyük təəsrrüfat, ticarət obyekti və Bakı şəhərində mənzil əldə edib

 

 
Son bir ildə Ağdam Dövlət Sosial İqtisadi Kollecinə TQDK-dan kənar 30-a yaxın tələbə qəbul olunub; tələbələrdən ümumi imtahanlardan keçmək  80-100 manat arası “rüşvət” yığılır; kollecə TQDK-nın imtahanlarından kənar tələbə qəbulunun qiyməti isə 2500-3000 min manat arası dəyişir…
Ötən nömrəmizdə Ağdam rayonu Quzanlı qəsəbəsində fəaliyyət göstərən Ardam Dövlət Sosial-İqtisadi Kollecində baş verən qanun pozuntularg ilə barlg məlumat dərc etmişdik. Bildirmişdik ki, Fiziki tərbiyə müəllimliyi, Təsviri incəsənət müəllimliyi,  Maliyyə işi, Nəqliyyatda daögmalargn təşkili, Yol hərəkətinin təşkili ixtisasları üzrə mütəxəssislər hazgrlayan kollecin direktoru Fəxrəddin Zamanov  təhsil müəssəsində baş verən qanunsuzluqlara havadrlgq edir. 
PİA.AZ-a verilən məlumatda qeyd olunurdu ki, kollecin tələbələrindən ümumi imtahanlardan keçmək  80-100 manat arası “rüşvət” yığdırır. Eyni zamanda bir çox tələbələr ki, onların adları kollecdə getsə də, həmin tələbələr yalnız Təhsil nazirliyindən yoxlama gəldiyi zaman təhsil müəsissəsində “peyda” olurlar. Bundan başqa  TQDK-nın qəbul imtahanlargndan keçməyən bir çox tələbələrin məhz Fəxrəddin Zamanovun köməkliyi ilə Ağdam Dövlət Sosial-İqtisad Kollecində təhsil almaq “şans” qazanmasını da qeyd etmişdik. 
Ağdam Dövlət Sosial-İqtisadi Kolleci ilə bağlı "Mediatv.az"-a daxil olan yeni məlumata görə kollecin direktoru Fəxrəddin Zamanov son iki ildə təhsil ocağına ayrılan 200 min manata yaxın vəsaitin bir hissəsini mənimsəyib. Ayrılan vəsaitlər avadanlıqların, mətbəə xidmətlərinin, digər maşın avadnlıqlarının, dəftərxana ləvazimatlarının alınması və təmir abadlıq işlərinə xərclənməsi adı altında sənədləşdirilib. Məlumata əsasən 2 aydan bir kollecin direktoru Fəxrəddin Zamanov tələbələrdən dəftərxana ləvazimatları üçün 3 manat pul yığdırır.
Fəxrəddin Zamanovun kollecdəki gəlir mənbəyindən biri də, bir çox dərs saatlarını özünə yaxın müəllimlərə verməsi və onlardan bunun müqabilində müəyyən “faiz” almasıdır. Eyni zamanda direktor kollecdə olan dərnək dərslərinin saatlarını ən yaxın adamlarının adına yazdıraraq ay ərzində bir neçə min manat vəsait qazanır. 
Bundan başqa Kollec rəhbəri «pullu» fakultələrin imtahanlarını da ən yaxın adamlarına həvalə edərək onların əli ilə hər semesterdə külli miqdarda qazanc əldə edir. Bildirilir ki, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə işə girən müəllimlərin hər biri direktora 4-6 min manat arası rüşvət verirlər. Kollecə TQDK-nın imtahanlarından kənar tələbə qəbulunun qiyməti isə 2500-3000 min manat arası dəyişir. Məlumatda qeyd olunur ki, son bir ildə Ağdam Dövlət Sosial İqtisadi Kollecinə TQDK-dan kənar 30-a yaxın tələbə qəbul olunub.
Bildirilir ki, Fəxrəddin Zamanov kollecdən əldə etdiyi qazanclar sayəsində Tərtər rayonunda böyük təəsrrüfat, ticarət obyekti və Bakı şəhərində mənzil əldə edib. 
Qeyd edək ki, Fəxrəddin Zamanov ilk yazımgzdan sonra redaksiyamıza zəng edərək ziyalı şəxsə yaraşmayan qeyri etik ifadələr işlədib, əməkdaşımızı təhdid edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024