Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (12-04-2019, 14:11)
Ən çox nöqsanı olan 3 nazirlikdən birinin Hesablama Palatasının rəyinə REAKSİYASI

 Hesablama Palatasının Milli Məclisin plenar iclasında təqdim etdiyi hesabata əsasən, 2018-ci ildə ən çox nöqsan Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyi ilə əlaqədardır. Bu barədə deputat Vahid Əhmədov açıqlama verib və bildirib ki, həmin nazirliklər nəticə çıxararaq, nöqsanları aradan qaldırmalıdır.


Mediatv.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Palatanın hesabatı ilə bağlı adıçəkilən nazirliklərlə əlaqə saxlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat katibi Fazil Talıblı saytımıza açıqlamasında qeyd edib ki, iş olan qurumlarda nöqsanlar da olur. Onun sözlərinə görə, ƏƏSMN son 1 ildə dövlət başçısının tapşırığı ilə, fəaliyyətini tam şəffaf şəkildə qurmaq, vətəndaş məmnunluğu ilə nəticələnəcək səviyyəyə çıxarmaq üçün islahatlar aparır:

“Nazirlikdə idarəetmədə təkmilləşmə aparılır, kadr patensialının gücləndirilməsi ilə bağlı əhəmiyyətli işlər görülür. Xüsusilə, vətəndaş sorğularına müraciət etməklə yaxşı mexanizmlər qurulur. İctimaiyyətə açıq nazirlik statusunu qorumaq üçün ictimaiyyətlə əlaqələrin qurulmasına çox ciddi fikir veririk. Yerlərdə baş verən problemlər, süründürməçilik halları ilə üzləşirdikdə dərhal ona reaksiya verilir. Müvafiq qaydada həm inzibati, həm də hüquq müstəvisində tədbirlər görülür. Nöqsanlara yol verən əməkdaşlar barədə ciddi hüquqi addımlar atılır. Bir il bundan əvvələ qədərki problemləri aradan qaldırmaq üçün xidmətlərin elektronlaşmış qaydada göstərilməsi təmin edilir. Hesab edirik ki, əslində açıqlanan hesabat Hesablama Palatasının bir il öncədən yaşanmış problemlər barədə xülasəsi, həmin dövrü əks etdirən araşdırmasıdır. İnanırıq ki, növbəti illərdə aparılacaq yoxlamalar zamanı qeyri-qanuni faktlara rast gəlinməyəcək. Çünki ƏƏSMN  tərəfindən dövlət büdcəsinin səmərəli xərclənməsin ilə bağlı ciddi addımlar atılır. Keyfiyyət cəhətdən yüksək səviyyəli işlər görülsə də, son bir il ərzində ödənilən xərclər bundan öncəki illərdən qat-qat aşağıdır”. 

Digər iki nazirlik – Maliyyə və Vergilər Nazirliklərindən isə bildirilib ki, sözügedən nöqsanlarla bağlı hələlik araşdırma aparılır.





шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024