Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (28-03-2019, 16:30)
Nazir: Prezident təqaüdləri 100 faiz artırılıb

 Prezidenti Administrasiyasının dəstəyi, Xarici İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycandakı səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpus nümayəndələri ilə “Azərbaycan Respublikasında sosial islahatlar” mövzusunda görüş keçirilib.
Mediatv.az-ın məlumatına görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial islahatlar proqramının milli əmək, məşğulluq, sosial müdafiə sisteminin güclənməsinə və əhatə dairəsinin genişlənməsinə imkan verdiyini deyib.
O, dövlət başçısının 9 avqust 2018-ci il tarixli fərmanı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılması istiqamətində aparılan işləri qeyd edib.
Sahil Babayev prezident İlham Əliyevin sosial islahatlar paketinin tərkib hissəsi kimi təkcə bu il imzalanan fərman və sərəncamların təqribən üç milyona yaxın insanı əhatə edərək, onların rifahında müsbət dəyişikliklərə imkan yaratdığını qeyd edib:
“Minimum əməkhaqqının və minimum pensiyanın məbləği təxminən 40 faiz, 14 kateqoriya üzrə sosial müavinətlər və yeddi kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılıb. Minimum pensiya artımından sonra ölkəmiz MDB-də alıcılıq qabiliyyəti indeksi üzrə Qazaxıstanla ilk yeri bölüşür”.
Nazir sosial müdafiə tədbirlərinin gücləndirilməsi ilə bərabər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artımını ifadə edən göstəricilər, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin, əmək qanunvericiliyinə dövlət nəzarətinin təkmilləşdirilməsi sahələrində aparılan islahatlar, beynəlxalq qurumlarla birgə icra olunan layihələri qeyd edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024