Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (21-05-2014, 22:07)
Goranboyda müəmmalı tenderlər – FAKTLAR

 

Goranboyda indiyə qədər həyata keçirilmiş tenderlərin ciddi bir oyun olduğunu istisna edən məlumatlar ortaya çıxıb. Həmin məlumatlara görə, rayonda icra başçısının müavini Baxış Abdullayevin rəhbəri olduğu Tender Komissiyası dəfələrlə bütün tenderləri «Fəqan Xidmət» MMC-yə verib. Daha doğrusu, onun tenderi udmasına şərait yaradıb. Amma bu zaman ortalığı qarışdıran bir iddia meydana çıxıb. Və məlum olub ki, sözügedən şirkətin rəhbəri Fəyyaz Məmmədov düz 10 il dövlət əmlakını mənimsədiyinə görə həbsdə yatıb.

Verilən məlumatlarda qeyd olunur ki, Fəyyaz Məmmədov, həm də tikinti işlərindən xəbəri olmamaqla yanaşı, mütəmadi olaraq içki içən bir şəxsdir. Onu tanıyanların iddiasına görə, «Fəqan Xidmət» MMC-nin direktorunu istisna hallarda ayıq başla görmək mümkündür. Məsələnin maraqlı tərəfi odur ki, Goranboy İcra Hakimiyyəti və onun nəzdində yaradılmış Tender Komissiyası niyə dövlət əmlakını mənimsədiyinə görə həbsdə yatmış birində külli miqdarda dövlət pulunu etibar ediblər? Elə məsələnin əsas tərəfi də budur.

Belə ki, Goranboyda tenderlə bağlı aparılan proseslərin ciddi maliyyə oyunları olduğu qənaəti ortaya çıxıb. Bildirilir ki, Goranboy İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevin xeyir-duası ilə Fəyyaz Məmmədovun adına «Fəqan Xidmət» şirkəti yaradılır. Şirkətin rəhbəri sözügedən şəxs olsa da, bütün işləri icra başçısının müavini Baxış Abdullayev və icra başçısının oğlu Ramal Quliyev aparıblar. Elə büdcə vəsaitlərinin «təmizlənməsi» prosesi də onların əliylə həyata keçirilib. Fəyyaz Məmmədovun şirkətə rəhbər gətirilməsi isə sırf məqsədi olub və gələcəkdə hər hansı bir problem çıxacağı təqdirdə, onu qabağa verməklə məsuliyyətdən yaxa qurtarmaq düşünülüb.

Məlumatlarda vurğulanır ki, Fəyyaz Məmmədovun 10 il həbsdə olmasından əvvəlcədən xəbərdar olan İcra Hakimiyyəti faktiki olaraq bu gün həmin məlumatdan xəbərsiz olduğunu iddia edir. Bunun real olmadığını bilmək üçün tender üçün müraciət etmiş şirkətin başında duran şəxs haqqında prlisə müraciət etmək kifayət edirdi. Amma bütün hallarda bu edilməyib və məqsəd də yuxarıda qeyd etdiyimiz məqamlarla bağlıdır: Gələcəkdə lazım gələrsə qurban veriləcək adam olsun! İndi başlıca məqamlardan biri odur ki, bunca məlumatlar ortada varkən «Fəqan Xidmət» MMC və onun rəhbəri Fəyyaz Məmmədovun fəaliyyəti yoxlanılmalıdır. Özü də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən. Ona görə ki, bu yoxlama Goranboyda həyata keçirilmiş və milyonlarla manat pulla ölçülən tender oyunlarının üzərinin açılmasına səbəb olar.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq (realinfo.az)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024